Lamiyə Vəliyeva həyat yoldaşından DANIŞDI: "Nazirlik bizə dəstək olmalıdır"

Dördqat dünya və ikiqat Paralimpiya çempionu paraatlet Lamiyə Vəliyeva həyat yoldaşı Tembo Con Monarenq haqqında açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, “futbolinfo.az” saytına müsahibəsində bu barədə danışıb:

"Həyat yoldaşım Tembo Con Monarenq Cənubi Afrikadandır. Haradasa 5-6 ay olar buraya gəlib. O, həqiqətən də potensialı olan atletdir.

Mən istərdim ki, o, Azərbaycanı təmsil etsin. Bunun üçün də Gənclər və İdman Nazirliyi bizə dəstək olmalıdır. Hazırda bu istiqamətdə bir az problemlər var. Bu problem həll olunsa, o, Azərbaycana çox medallar gətirə bilər. Bu istedadla Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadalarda iştirak edə bilər.

Mən yenə də mübarizə aparacağam. Ən yaxşı nəticəsi 100 metri 10.17 saniyəyə qaçıb. Özü də bu nəticəni 19 yaşında göstərib. 2018-ci ildə yeniyetmələr arasında dünya çempionatında 4-cü yeri tutub. Orada 100 metri 10.23 saniyəyə qət edib, sonra dediyim kimi, onu 10.17-yə qaldırıb.
 

İnanıram ki, həyat yoldaşım 10 saniyədən çıxa bilər. Ona köməklik göstərilsə, bu nəticəni əldə edəcəyinə ümid edirəm. Sadəcə, idman pasportu almalıdır. Bunu əldə etsə, bizi təmsil edə bilər.


Son beynəlxalq yarışı Çenqduda keçirilən Universiada olub. Orada estafet yarışında Cənubi Afrika millisi ilə 3-cü yeri tutub. Təəssüf ki, orada ona 100 metrlik məsafəyə qaçış yarışına qatılmağa imkan yaratmadılar".

L.Vəliyeva futbola olan münasibətindən söz açıb və "Mançester Siti"yə həyat yoldaşına görə azarkeşlik etdiyini bildirib:

"Mançester Siti"yə həyat yoldaşıma görə azarkeşlik edirəm. Çünki o bu klubun fanatıdır. Amma özüm həmişə "Real Madrid"i dəstəkləmişəm. Kriştianu Ronalduya simpatiyam olub. İndinin özündə həm Ronalduya, həm də Messiyə böyük hörmətim var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO