Aşağı divizionda CANLANMA – “Mingəçevir” Premyer Liqaya HAZIRLAŞIR?

AFFA İcraiyyə Komitəsinin növbəti mövsümdən Birinci Liqadan 3 klubun Premyer Liqaya yüksələcəyi ilə bağlı məlum qərarından sonra aşağı dizivion komandalarında ciddi canlanma yaranıb. Bu klublar istər liqanın oyunlarında, istərsə də, meydandan kənarda Premyer Liqada oynamağa hazır olduqlarını açıqlayırlar.

Yüksək liqaya iddialı olan əsasən 4 komandanın adı çəkilir.

Birinci Liqanın şəksiz lideri “Qəbələ”dən başqa “Karvan”, “İmişli” və “Mingəçevir”in də elitaya yüksəlmək şansının olduğu vurğulanır. Sonuncular turnir cədvəlində liderlər qrupunda yer almasalar da, komandanın iddialı sponsorla müqavilə bağlaması “energetiklər şəhəri” təmsilçisinin yüksək diviziona gəlmək imkanlarını artırır.

Xüsusilə ötən həftə AFFA rəsmilərinin aşağı divizion klubları “Karvan” və “Mingəçevir”in stadion və təlim-məşq bazalarını ziyarət etməsi və buradakı şəraitlə maraqlanmaları belə düşünməyə əsas verir ki, federasiya həmin klubların elitada mübarizə aparmalarında daha maraqlıdır.

Bəs görəsən, həmin klublar Premyer Liqa iddiaları haqda nə düşünür?

Məsələ ilə bağlı adıçəkilən komandalardan biri olan “Mingəçevir” klubunun baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxladıq. Bu ildən komandanın sükanı arxasına keçən məşqçi Bizim.Media-ya açıqlamasında Premyer Liqada oynamaq perspektivləri barədə danışıb:

“Mingəçevir” klubu həmişə Premyer Liqada çıxış etməyə iddiası olan komandadır. Ancaq elitaya yüksəlmək üçün ilk növbədə ilk 3 yerdən birini tutmaq lazımdır. Düzdür, nəzəri cəhətdən şanslarımız var. Ancaq qarşıda çətin oyunların olduğunu nəzərə alaraq indidən nəsə demək çətindir”.

Füzuli Məmmədov yeni sponsorun infrastrukla bağlı ciddi işlərə başladığını deyir:

“Komandamız yeni ildən iddialı sponsorla müqavilə bağlayıb. “Sports Talents of Azərbaijan” şirkətinin “Mingəçevir”lə bağlı ciddi planları var. Onlar komandamızın qarşısına dərhal Premyer Liqaya yüksəlmək məqsədi qoymayıb. Sponsorumuz ilk növbədə infrastrukturu qurmaq fikrindədir. Hazırda stadionda yenidənqurma işləri aparılır. Arenanın ot örtüyü yenilənəcək və hibrid ot ürtüyü salınacaq. Stadionun kənarında bir meydança salınıb. Burada komandanın müvəqqəti ev oyunlarını keçirmək üçün bütün şərait yaradılıb, azarkeşlər üçün tribunalar quraşdırılıb.

Hazırda stadionun ərazisində futbolçular üçün xüsusi konteynerlərdən təlim-məşq bazası salınır.

Burada əlavə iki məşq meydançası da salınacaq. Bir sözlə “Mingəçevir” üçün tam əla şərait yaradılandan sonra komanda Premyer Liqaya da iddialı olacaq. Ancaq konkret bu mövsüm üçün klubun yüksək liqaya vəsiqə qazanıb-qazanmayacağı barədə heç nə deyə bilmərəm. Bu klub rəhbərliyi və AFFA-nın qərarından asılı olacaq. Konkret olaraq cari mövsümdə əsas məqsədimiz 1-ci liqada yerimizi qoruyub, turnir cədvəlindəki müvqeyimizi daha da yaxşılaşdırmaqdır”.

Qeyd edək ki, “Mingəçevir” hazırda birinci liqada 19 turdan sonra 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO