Almaniya Bundesliqasında sürət rekordu qırılıb.
Bizim.Media xəbər verir ki, bu haqda Bundesliqa “X” sosial şəbəkəsində məlumat yayıb.
“Ayntraxt”ın 19 yaşlı cinah hücumçusu Jan-Matteo Baoyya Almaniya 26-cı turda “Bohum”a qarşı keçirilən oyunda (1:3) 37,16 km/saat sürət yığaraq liqanın ən sürətli futbolçusu olub.
Bunadək Almaniya çempionatı tarixində rekord 36,82 km/saat sürət həddində idi.
Bu oyunda Baoyya 32-ci dəqiqədə komandasının 2-ci qolunu vurmağı da bacarıb. Cari mövsümdə Baoyya bütün turnirlərdə 24 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib.
Bizim.Media