Valideynlərin KABUSU - İdmançıların azyaşlılara qarşı zorakı rəftarının qarşısını necə ALAQ?

İdman müəllimlərinin peşə etikasından kənar davranışları dönə-dönə müzakirə edilib. Amma təəssüflər olsun ki, hələ də valideynlər məşqçilərin uşaqlarla qəribə davranışlarına rast gəlirlər. Ötən günlərdə də sosial şəbəkədə məşqçinin uşağı dişləməsi gündəm olub. 

Məşqçilər adətən “çox istədiyimdən, öz övladım kimi bildiyimdən edirəm” deyərək əməllərinə don geydirməyə çalışırlar. Bu da valideynlərdə narahatlıq yaradır. Belə hadisələr uşaqların idmandan kənar düşməsinə səbəb olur, müəllimlərə etibar azalır. 
 

MÖVZU İLƏ BAĞLI:

Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi, beyni dağılıb” – VİDEO 


Bəs idman müəllimləri necə davranmalıdırlar? 

Əməkdar məşqçi Ramin Allahverdiyev-ya bu barədə danışıb. Onun sözlərinə görə, bəzi idman növlərinin metodikasında müəllimlər müəyyən fəndlər öyrətməli olur. Ona görə də, müəyyən zərbələr, müdafiələr tətbiq edə bilər.

Bu əsasən də döyüş idman növlərində rast gəlinir:

“Amma orada məşqçinin məqsədi uşağı öyrətməkdir. Bunun məqsədli şəkildə edilməsi və ya məşqçinin emosiyalarına qapılaraq öz qəzəbindən uşağa nəsə öyrətmək adı ilə şiddət göstərməsi yolverilməzdir. Məşqçilər həqiqətən də öz tələbələrini çox istəyirlər. İstəkdən əmələ gələn amillər olur. Amma dişləmək kimi hadisələr etik qaydalara sığmır. İstəyindən etsə belə, bu normal hal deyil. Bu cür hallar dövrümüzdə seksual xarakterli ola bilər”. 

Təlimatçıların öhdəliyi... 

Ramin Allahverdiyev bildirib ki, hər bir idman məktəbində təlimatçılar var və sözügedən hadisələrin baş verməməsi əsasən təlimatçıların öhdəliyindədir.

“Əgər idman məktəbində belə neqativ hallar baş verirsə, təlimatçılar məsuliyyət daşıyır. Təlimatçılar məşqlərə nəzarət edirlər, məşqçilərə təlimatlar verirlər. Respublika üzrə bu sahədə bir az boşluq var. İdman məktəblərində komissiya yaradaraq məşqləri izləmək lazımdır, məşqçilərə nəzarət olunmalıdır. Bundan başqa hər idman məktəbinin giriş qapısında da stent düzəldilməlidir. Orada müəyyən məsləhətlər,  tövsiyyələr, nizam-intizam qaydaları əks olunmalıdır”.

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

End of content

No more pages to load

RADİO