Qurban Qurbanov "Malmö" klubu HAQDA: "Heç bir rəqibdən çəkinmir"

“Qarabağ” Avropa Liqasının liqa fazasının 2-ci turunda sabah Bakıda İsveçin “Malmö” klubu ilə üz-üzə gələcək.

Bizim.Media  xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Həqiqətən vacib oyuna çıxırıq. Öz doğma meydanımızda ilk matçımızdır. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis getmir. Bəzi problemlərimiz var. Hər bir halda, çalışırıq ki, komandanı oyuna tam hazırlayaq. Yaxşı oyun göstərməyə və yaxşı nəticə qazanamağa çalışacağıq.

- Mateus Silva və Marko Yankoviçin durumu nə yerdədir? Sabahkı oyuna hazırdırlar?

- Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. “Sabah”la matçda bəlkə də dəqiqələri çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün.

- “Qarabağ”ın İsveç klublarına qarşı üstünlüyü var. Bu üstünlüyü nəzərə alıb, sabahkı matçda nəyə ümid edə bilərik?

- Statistika baxsaq, bəli, belə nəticələrimiz var. Bizim üçün onlara qarşı olan matçlar ən gərgin oyunlardan olub. Çünki onların ümumi fiziki hazırlığı və oyun tərzi başqa formadadır. "Malmö"nün oyun tərzi fərqlidir, böyük təcrübəyə malikdirlər. Həmişə çalışmışıq və istəmişik ki, ən azından Bakıda yaxşı nəticə əldə edək. Amma futbol get-gedə elə səviyyəyə gəlib çıxıb ki, istənilən ölkənin komandasında böyük irəliləyiş var. Çalışmışıq ki, azarkeşlərə ümid verək. Onlar da bizə inanıb, güvəniblər. Çalışacağıq ki, maksimum yaxşı nəticə qazanaq.

- “Qarabağ” sabahkı rəqibə hansı sürpriz hazırlayıb?

- Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Amma məşq sayı çox olsaydı, yaxşı idi. Yalnız bu gün bütün komanda ilə oyuna hazırlaşa biləcəyik. Bir də, sabah bəlkə çox az dəqiqəmiz olacaq. Ola bilər ki, oyunumuzun qurulmasında bir neçə dəyişiklik edək. Çünki "Malmö" fərqli rəqibdir. Alınacaq, ya yox bilmirəm. Rəqib bizə nə qədər şərait yaradacaq, ona baxacağıq. "Malmö" heç bir rəqibdən çəkinmir. Maraqlı oyun olacaq. Futbolçularımın üzərinə böyük məsuliyyət düşəcək, böyük güc sərf etməli olacaqlar. Onlar buna dözməlidir. Öz oyun tərzimizdən bəzi epizodlarda kənara çıxa bilərik.

- Bir çox mütəxəssislər "Malmö"nü 3 xal gözü ilə görür. Bu istək, bu tələb komandanın nə qədər əleyhinə ola bilər?

- Əleyhinə olan deyil. Bu, bizə olan güvəndir, inamdır. Öz meydanımızda oynayırıq. Belə fikirlər futbolçulara əlavə motivasiya verir. Bu fikirərin xeyri var, ziyanı yoxdur.

- Avropa Liqasının yeni formatda keçirilməsi "Qarabağ"a müsbət təsir edir, yoxsa qrup mərhələsi daha münasib idi?

- Hələ ki, tam uyğunlaşmamışıq. Bizim kimi klublara, bizim kimi futbol ölkələrinə bəlkə az komanda olması daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Belə hallar var. Amma bunlar problem yaratmalı deyil. Hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdız, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır.

- Musa Qurbanlının İsveç çempionatında təcrübəsi var. Onu meydanda görmək ehtimalı var?

- Əvvəlcədən belə fikir bildirə bilmərəm. Çünki həmişə uyğun heyət buraxıb, oyunun gedişatına görə dəyişiklik etmişik. Musadan "Malmö" haqda bəzi şeylər soruşmuşam. Oynayacaq, ya yox, deyə bilmərəm.

- "Tottenhem"lə matçda Mateuş Koxalski qəhrəmanlıq göstərə bilmədi. Sabah qapıda kim dayancaq?

- Sabah qərar verəcəyik. Vaxtımız var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO