Qurban Qurbanov: “Tıxacda qalmağımız oyuna təsir etdi”

“Futbolçulara çox iradım yoxdur, amma daha yaxşı oynaya bilərdilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenham”ə qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Şanslarımız çox oldu, lakin təcrübə və ustalıq nəticəni müəyyən etdi”, - deyə Qurban Qurbanov rəqibi təbrik edərək bildirib.

“Futbolçularda həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatının burada keçirildiyini hamı bilirdi. “Tottenham” həmişə liderlər sırasında olub və yüksək yerlər üçün oynayır.

Futbolçular da bunu anlayırdılar, bu isə onların həyəcanına səbəb oldu. Məncə, bu həyəcan bizə mane oldu. Elə oyunçularımız var ki, bu səviyyəyə yenicə çatıb, tam formalaşmayıblar.

Rəqibin ustalığı bizə qalib gəldi. Bəsit qollar buraxdıq və özümüz onlara qol vurmaq üçün şərait yaratdıq. Daha yaxşı nəticə əldə edə bilərdik”, - deyə Qurban Qurbanov vurğulayıb.

Q. Qurbanov “Tottenhem”lə oyunun tıxaca görə gec başlamasından danışıb:

“Təsəvvür edin, 2 saat 30 dəqiqə yolda tıxacda olmuşuq. Avtobusda oturaraq uzun müddət yol getmək futbolçuların konsentrasiyasını pozur. Bunu məğlubiyyətimizin səbəbi kimi göstərmək istəmirəm, lakin belə turnirdə bu kimi hallar baş verməməlidir”.

Komandanın baş məşqçisi uzun müddət yolda qalmalarının oyuna təsir etdiyini vurğulayıb:

“Britaniyanın öz qanunları var. Bizə polis verilmədi və özümüz gəldik. Belə bir trafikdə gecikmək qaçılmaz idi və bunun təsiri böyük oldu”.

Qurban Qurbanov məğlubiyyəti sırf bu vəziyyətlə əlaqələndirmədiyini əlavə edib:

“Demək istəmirəm ki, rəqib buna görə qalib gəldi. Rəqiblərimiz güclü idi. Ancaq çatanda bizə dedilər ki, 40 dəqiqə sonra oynamalıyıq. Normal hazırlaşa bilmədik və bunun təsiri böyük oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO