Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.
Bizim.Media "ApaSport"-a istinadən bildirir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri III turun matçında "Sivasspor"la üz-üzə gələcək.
Geridə qalan iki turu məğlubiyyətlə başa vuran komandalar Sivasda ilk xallarını qazanmağa çalışacalar.
Təl-Əvivdə “Makkabi”yə 0:1, İstanbulda “Vilyarreal”a 1:3 hesabı ilə uduzan “Qarabağ” 1/16 final mərhələsinə vəsiqə şansını davam etdirmək üçün qardaş ölkədən qalibiyyətlə dönməlidir.
Bizim.Media