Qurban Qurbanov: "Sivasspor"la matç bizim üçün çox vacibdir

"Hər iki komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir. "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay bildirib ki, ciddi hazırlaşıblar və qələbə üçün hər şeyi edəcəklər. Bu fikirlər bizdə də var. Bu gün Türkiyə Super Liqası ilə Azərbaycan Premyer Liqasının arasında fərq böyükdür".

Bizim.Media bildirir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, gözəl oyun və maksimum nəticə üçün meydana çıxacaqlar:

"Hər iki komandaya uğurlar arzulayıram. Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik".

"Vilyarreal"la ikinci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqət ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar".

"Bu gün mənə Qurani-Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani-Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq".

"Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir".

Qurbanov qrupdan çıxmaq şansı barədə bunları söyləyib: "Heç vaxt qrupdan çıxa bilməmişik. Həmişə sona qədər mübarizə aparmışıq. Bir neçə dəfə növbəti mərhələ üçün şansımız olub. Amma alınmayıb".

"Avropa Liqasının qrup oyunlarında hər bir ölkənin yaxşı komandaları çıxış edir. Biz böyük təcrübə toplayırıq. İnanıram ki, bəzi məğlubiyyət gələcəkdə bizə fayda verəcək. Digər komandalarımız da qruplarda çıxış etməlidirlər ki, mübarizə daha çox olsun. Bizim hələ ki, hazırkı qrupda xalımız yoxdur, amma şansımız var. Məğlubiyyət, bəlkə də, şansların qarşısını ala bilər. Hədəfimiz qələbə qazanmaqdır".

Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Atam və anamdan çox o, mənə dəstək oldu“

“Atam və anamdan çox o, mənə dəstək oldu“

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

"Qarabağ" - "Neftçi" matçının heyətləri AÇIQLANDI

"Qarabağ" - "Neftçi" matçının heyətləri AÇIQLANDI

Putin Ukraynanın böyük şəhərlərini yaşayış üçün yararsız hala salmağı tapşırıb - KİV

Putin Ukraynanın böyük şəhərlərini yaşayış üçün yararsız hala salmağı tapşırıb - KİV

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Tramp Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları LƏĞV ETDİ

Tramp Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları LƏĞV ETDİ

Bekhem FİFA prezidentliyinə namizədliyini irəli sürə BİLƏR

Bekhem FİFA prezidentliyinə namizədliyini irəli sürə BİLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Ronaldo yeni brend YARADIR

Ronaldo yeni brend YARADIR

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Cerrardın yeni klubu məlum oldu

Cerrardın yeni klubu məlum oldu

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

End of content

No more pages to load

RADİO