Şəhidimizin xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi - FOTOLAR

Aprelin 21-dən 23-dək Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən şəhidimiz Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. EHİM-in Data laboratoriyası departamentinin əməkdaşı olmuş Rəşad Mehdiyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, EHİM-in inzibati binasında və əməkdaşlar arasında baş tutan turnirin birinci mərhələsi İsveç üsulu ilə təşkil edilib və bu turda ən yüksək xal toplamış 10 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Hacıqabulda şəhidlə vida mərasimi keçirlir - FOTO


Final mərhələsində iştirak etmiş 10 nəfər dairəvi üsulla ümumilikdə 9 görüş keçirib. Turnirdə 8 xal toplamış Bəxtiyar Məmmədov 1-ci, 7 xal toplamış Məmmədcamal İsmayılzadə 2-ci, 6,5 xal toplamış Ümid Süleymanov 3-cü yerləri tutublar. Qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar. 

Turnirin mükafatlandırma mərasimində şəhidimizin atası Rəhman Mehdiyev, anası Yeganə Mehdiyeva, qardaşı və digər ailə üzvləri iştirak ediblər. Mərasimdə şəhidimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Sonra EHİM-in direktoru tərəfindən Rəşad Mehdiyevin adına onun ailə üzvlərinə Fəxri fərman təqdim edilib. 

Şəhidimizin ailə üzvləri Mərkəzin inzibati binası ilə tanış olarkən Rəşad Mehdiyev adına konfrans otağı, eləcə də onun çalışdığı departamentdə iş otağında olublar. 

EHİM tərəfindən şəhid Rəşad Mehdiyevin adının əbədiləşdirilməsi məqsədilə şahmat turnirinin hər il keçirilməsi nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

End of content

No more pages to load

RADİO