Futbol üzrə İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Nobbi Staylz vəfat edib.
Bizim.Media “Euronews”a istinadən xəbər verir ki, veteran futbolçu 78 yaşında uzunmüddətli xəstəlik səbəbindən dünyasını dəyişib.
Staylz İngiltərə yığmasının heyətində olarkən komanda 1966-cı ildə Dünya Çempionu kubokuna sahib çıxıb.
Kariyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirmiş futbolçu, sonralar fəaliyyətini “Midlsbro” və “Preston” futbol klubunda davam etdirib.
Bizim.Media