AMADA rəsmiləri WADA-nın tədbirinə qatılıblar

Fransanın Kann şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il Qlobal Təhsil Konfransının (GEC) açılış mərasimi olub.

AMADA-dan Bizim.Media-ya verilən məlumata görə, fevralın 29-dək davam edəcək və Fransa Milli Antidopinq Agentliyinin (AFLD) ev sahibliyi etdiyi konfransa dünyanın 140 ölkəsindən 400-dən artıq iştirakçı qatılıb.

Mötəbər tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Açılış mərasimində WADA-nın prezidenti Vitold Banka və AFLD-nin rəhbəri Beatris Burjua bildiriblər ki, təhsil antidopinqin ayrılmaz hissəsi və təmiz idmanın qorunmasında mərkəzi mənbədir:

“Dopinq riskini azaltmaq üçün təhsil mütləqdir. Məlumatlılığın olmaması antidopinq qaydalarının qəsdən pozulmasına və bəzən idmançıların karyerası üçün ciddi nəticələrə gətirib çıxara bilər”.

On bir sessiyadan ibarət konfransın ikinci günündə idmançıların maarifləndirmə prosesinə cəlb edilməsinin əhəmiyyəti, təhsilin planlaşdırılması və tərtibatların əsasları, təmiz idman davranışlarının inkişafı üçün təhsil, qeyri-ixtiyari dopinq və dəyərlərə əsaslanan təhsil mövzusunda müzakirələr aparılacaq.

GEC-də, həmçinin Qlobal Təmiz İdman Təhsili Gündəliyi və Beynəlxalq Təhsil Standartının təkmilləşdirilməsi də müzakirə mövzuları sırasında yer alacaq.

Xatırladaq ki, dördüncü dəfə təşkil olunan GEC-yə daha əvvəl Kanada (2015-ci il), Çin (2018-ci il) və Avstraliya (2022-ci il) ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

“Yaralı vəziyyətdə 5 saat döyüş mövqeyini tərk etmədim” – VİDEO

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Pakistan Səudiyyə Ərəbistanında hərbi kontingentinin olduğunu təsdiqlədi

Maykl Ceksonun əfsanəvi "Thriller" klipindəki gödəkcəsi hərraca çıxarılır - 10 milyona!

“Avropa Parlamenti ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməlidir” - BƏYANAT

12 milyonunu general, qalanını onlar qaytarıb...

Paşinyandan Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – İrəvan-Moskva gərginliyi yenidən ALOVLANIR

Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO

Rubiodan F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı AÇIQLAMA

Aybəniz Haşımova qızı ilə Parisdə - FOTO

Bu il neçə kişi həyat yoldaşının soyadını götürüb?

Ukrayna Rusiyanın neft emalı zavoduna HÜCUM ETDİ - VİDEO

Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı

Şəmkirdə bazarda YOXLAMA: Ciddi nöqsanlar aşkarlandı – FOTO

Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA

Ukraynanın şəhərlərinə raket hücumları: Ölənlərin sayı 28-ə çatdı - FOTO/VİDEO

SON DƏQİQƏ! Cəbrayılda mina partlayışı baş verdi - Xəsarət alan var

End of content

No more pages to load

RADİO