Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dənizdə boğulan 82 yaşlı Fərhad Məsim oğlu İsgəndərovun meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayılıb.
Qeyd olunub ki, 1944-cü il təvəllüdlü kişinin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğacları tərəfindən sudan çıxarılıb.
Bizim.Media