Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” növbəti mərhələdə Almaniyanın "Bayer Leverkusen" klubu ilə qarşılaşacaq.
Mərhələnin ilk görüşü martın 7-də Bakıda, cavab qarşılaşması isə martın 14-də Almaniyada keçiriləcək.
Bizim.Media