“Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi olub.
Bizim Media xəbər verir ki, mövsümün ikinci yarısına hazırlaşan komandanın rəhbərliyi serbiyalı Vladimir Boşnyakla yolları ayırıb. Onu bu postda Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi, türkiyəli Evren Alkaya əvəzləyib.
Qeyd edək ki, “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cudur.
Rəşad Rafiqoğlu,Bizim.Media