Boksçularımız beynəlxalq turnirdə 22 medal qazandı

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən yarışda milli komandamızla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı yığmalarının və Litvanın “Royal” klubunun 97 idmançısı qüvvəsini sınayıb. 

5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Azərbaycan millisi turniri 22 medalla başa vurub. Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Tağı Nəsibov, Məhəmmədəli Qasımzadə və Abbasqulu Şadlinski çempion tituluna yiyələnib. 

Yalnız finalda uduzan Məhəmmədəli Aşurəliyev, Mircəlal Mirağayev, Ruslan Qəhrəmanov və Orxan Ağayev ikinci yerlə kifayətlənib. Digər boksçularımızdan Ayaz Tağızadə, Sabir Dadaşov, Ömər Aslanlı, Tofiq Zairov, Mehrab Abbasov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Fuad Babayev, Şamil Nəcəfov, Şahin Dadaşov, Rza Novruzov, Kənan Nəcəfov və Həsən Sadıqzadə isə bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 5 qızıl, 4 gümüş və 13 bürünc medalla bitirib. Millimiz bu nəticə ilə komanda hesabında birinci olub və Abbas Ağalarov kubokuna yiyələnib. İkinci pilləni Qazaxıstan (4-5-7) tutduğu halda, “üçlüy”ü Tacikistan (2-1-1) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Ruslan Qafurov (Tacikistan), layiq görülüb. Anar Nağdıyev (Azərbaycan) isə ən yaxşı hakim adına sahib olub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

End of content

No more pages to load

RADİO