PFL rəsmisi qəza anlarından yazdı: "Hər şey daha yaxşı olacaq"

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov hadisə barədə yazıb. 

Bizim.Media xəbər verir ki, o, Facebook hesabında bu barədə paylaşım edib.

“Vəziyyəti başa düşməyimiz çox zaman almadı, şükür. Bir də gördük, kimsə çöldən şüşəni sındırır, sonra onu görə bilmədim. Allah ondan çox razı olsun. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi.
İlk növbədə Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik. Daha sonra təcili tibbi yardımı aradıq (06:27), Ağdam və Bərdədən təcili tibbi yardımlar gəldi (çox peşəkar idilər, yol bildirişlərindən başa düşdülər, hadisə yerinə toplaşan fədakar insanlar da dayanmadan zənglər edirdilər), onlarla yanaşı FHN artıq hadisə yerində idi, Asif, Əmrah bəy, Fərid, Anar, Ramiq, Elnur, Məhi dayı hadisə yerinə çatdılar, artıq özümüzü daha güvəndə hiss edirdik. Mənəvi, tibbi, fövqəladə yardımlar və ən əsası ilahi qüvvə bizi daha pis nəticələrdən xilas elədi.

Ağdam rayonunda olarkən orda daş üstə daş qalmadığını görmüşəm, ona görə israr elədik, hamını Bərdəyə aparın, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəmiz kimi davrandı (onları mütləq axtarıb tapacağıq). “Liv Bonadea” hospitalına zəng edəndə təcili yardım maşınında yolda idik (07:14, Aslan m., Elxan m. artıq Bərdə Diaqnostikaya çatmış olardılar). Alper (“Liv Bonadea” hospitalinin əməkdaşı) dərhal reaksiya verdi, maşın yola çıxdı. Çox tez çatdılar, Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik.

"Yaxınısız?" sözünün məsuliyyəti nə qədər ağır imiş? Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı.

Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan, Sərxan Hacıyev gecənin bir aləmi hadisəyə dərhal reaksiya verdi, Fərid Qayıbovla danışdıq, bütün əlaqələrini işə saldı, özü ilə danışmasaq da, Rövnəq Abdullayevin necə kritik addımlar atdığını sonradan öyrəndik. 

Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük). Bərdəni ilk olaraq Aslan tərk etdi (səhv etmirəmsə Yevlaxdan gələn təcili tibbi yardım maşını ilə), daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan müəllim “Liv Bonadea”dan gələn təcili tibbi yardım maşını ilə reanimasiyaya təhvil alındı. 

Bütün ailələrə xəbər verdik, amma xəstəxanaya çatanda ailələrimizin çox olduğunu gördük. Bu günlərdə xəstəxanaya gələn, zəng vuran, mesaj yazan, özü zəng vurmağa ürək etməyib, yanımıza gələnlərdən soruşan bütün insanlara təşəkkür edirəm.

Bizə məhz sizin dəstəyiniz güc verdi, indi daha yaxşıyıq. 

İnşallah Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var. Hər ikisi çox möhtəşəm insanlardır, etdikləri yaxşılıqların, sadəcə 1 faizi qarşılarına çıxsa, Allah onları darda qoymaz, bütün əməllərinin az-çox biləni kimi bundan əminəm. Bu günə şükür…

Bizim devizimiz eyni qalır: İnşallah hər şey daha yaxşı olacaq!

Hər birinizə çox böyük təşəkkür edirik. Bu hadisəni bizimlə birgə yaşadınız. Fədakarlığınızı ifadə etmək üçün sözlər acizdir. Möhtəşəmsiniz".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Premyer Liqası: "Neftçi" bu gün "Sabah"ı qəbul edir

Azərbaycan Premyer Liqası: "Neftçi" bu gün "Sabah"ı qəbul edir

DİQQƏT! Bakıda daha 3 marşrutun hərəkət sxemləri dəyişdirildi

DİQQƏT! Bakıda daha 3 marşrutun hərəkət sxemləri dəyişdirildi

İlham Əliyev “Avaza” Kompleksində - FOTO

İlham Əliyev “Avaza” Kompleksində - FOTO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə

İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə

“Onkologiya elə bir sahədir ki, qonşu da, xalaqızı da məsləhət verir” – Azad Kərimli ilə MÜSAHİBƏ – EKSKLÜZİV

“Onkologiya elə bir sahədir ki, qonşu da, xalaqızı da məsləhət verir” – Azad Kərimli ilə MÜSAHİBƏ – EKSKLÜZİV

AİLƏLƏRƏ UŞAQ SAYINA GÖRƏ PUL VERİLƏCƏK? – Azərbaycanda yeni mexanizm tətbiq oluna bilər

AİLƏLƏRƏ UŞAQ SAYINA GÖRƏ PUL VERİLƏCƏK? – Azərbaycanda yeni mexanizm tətbiq oluna bilər

Hakimi götürüb yerə çırpdı - Güləş şousunda dəhşətli ölüm - Video

Hakimi götürüb yerə çırpdı - Güləş şousunda dəhşətli ölüm - Video

İlham Əliyevin təşəbbüsü ilə Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü – FOTO

İlham Əliyevin təşəbbüsü ilə Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü – FOTO

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı

“Hücumlara hazır olun, ehtiyat toplayın”

“Hücumlara hazır olun, ehtiyat toplayın”

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

End of content

No more pages to load

RADİO