De Byazi: "Komanda inkişaf edir, bu, göz qabağındadır"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində doğma meydanda İsveçi 3:0 hesabı məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib. 

- Dünən kimsə bizə demişdi ki, biz Avstriya və Belçika matçında yaxşı oynamışdıq. Demişdim ki, futboldan başı çıxmayan, gic adam bunu görməyə bilər.

Bu gün yaxşı başladıq, qol vurduq. Risk etmədik. İkinci hissədə özümüzü çətinliyə saldıq. Çox hücuma çıxırdıq. Meydanda ürəyimizi qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Uşaqlar alqışa layiqdirlər. Təbii ki, başa düşürəm, milli uduzanda stadiona gedib onu dəstəkləmək çətindir. Amma elə uduzanda, gedib dəstək olmaq lazımdır. Tam ürəklə məşq edib, işləyirik. Hər oyunda 100 faizi meydanda qoyuruq. 

- Bəziləri deyir ki, bu, Azərbyacan millisi tarixin ən yaxşısıdır. Razısız? 

- Bunu bilmirəm, siz məndən yaxşı bilərsiz. Əvvəl burada olmamışam. İndiki komandada yaxşı oyunçular var. Yerli liqada oynayanlar var, xaricə gedənlər də oldu. Yaxşı oyunçu olmaq üçün beyində hazırlıqlı olub, məqsəd uğrunda çalışmalısan. Bu baxımdan bizdə nəsə çatışmır. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. 10 nəfərlə bu gün sona qədər vuruşduq. 

- Milli Avstriya və Belçikaya qarşı da Bakıda pis oynamamışdı, amma sonda 0:1 hesabı ilə uduzmuşduz. Bu gün isə qələbə qazandınız. Nəyi edə bildiz ki, qələbə alındı? 

- Əsas fərq odur ki, yaratdığımız epizodlardan istifadə etdik. Bu gün ilk dəqiqələrdə iki qol vurduq. Avstriya ilə matçda iki qol epizodundan istifadə edə bilmədik. Effektiv olmalıyıq. Komanda inkişaf edir, bu, göz qabağındadır. Seçmə mərhələnin ən ağır qrupundayıq. Üçüncü yerdəyik. Düzdür, bazar günü vəziyyət dəyişə bilər. Amma biz Belçika ilə matça da yaxşı hazırlaşacağıq. Belçikaya qarşı Bakıda yaxşı oynamışdıq. Mən Azərbaycan millisinin azarkeşi olsaydım, bu hallara çox sevinərdim. 

- Bir müddət əvvəl demişdiz ki, meşə salırsız və bunun ilk mərhələsindəsiz. Bu qələbə ilə ilk toxumları səpmiş olduz? 

- Bu suala Belçika ilə matçdan sonra cavab verim. Çoxunuz oyuna baxmadan, nəticəyə baxıb danışırsız. Bu, doğru deyil. Deyirsiz ki, indiki milli tarixin ən güclü komandasıdır. Amma bir neçə ay əvvəl uduzanda bizi pisləyirdiz. Futbolçulara təşəkkür elədim. 

- Rövnəq Abdullayev bildirdi ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq və Belçika ilə görüşdən sizin üçün çox şey asılı olacaq. Siz özünüz özünüzlə müqavilə imzalayardız? 

- Oyuna üç gün qalıb. Matçdan sonra baxıb görərik.  

- Üçüncü qolu Arif Əsədova təpik vuraraq qeyd etdiz. Bu, sizə olan tənqidlərə cavab idi, yoxsa necə? 

- Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

İkardi rəsmən boşandı

İkardi rəsmən boşandı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

End of content

No more pages to load

RADİO