"Mançester Yunayted"in futbolçuları baş məşqçi Erik Ten Haqın kəskin yanaşmasından narazıdırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Futbolçular paltardəyişmə otağında niderlandlı mütəxəssisin bəzi problemlərin həllinə sərt yanaşmasının komandada harmoniyaya pis təsir etdiyini düşünürlər. Bu, onların oyununa da təsir edir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 10 turdan sonra "Mançester Yunayted" 8-ci pillədə qərarlaşıb.
Bizim.Media