Şahin Diniyev: "Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim"

“Maraqlı, bol qollu oyun oldu. İlk hissədə biz, ikincidə isə rəqib üstün oynadı. Birinci yarıda rəqib müdafiəsindəki boşluqları tapmışdıq. Yenə də qol şanslarımız var idi. Lakin dəyərləndirə bilmədik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 11-ci turunda “Zirə” ilə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib. 

O, ikinci hissədə komandasının zəif təsir bağışladığını bildirib:

“İkinci hissədə inamsız təsir bağışladıq. Bu, bəlkə də 11 matçda keçirdiyimiz ən zəif hissə idi. Biz hər matça 3 xal üçün çıxırıq. Lakin bu gün ikinci yarıda bunu görmədim. Belədə mütləq cəzalanmalıydıq, belə də oldu”. 

Diniyev rəqib haqda da danışıb:

“Zirə” çox yaxşı, intizamlı komandadır. Rəşad Sadıqov nə istədiyini bilən kollektiv formalaşdırıb. İkinci hissə məni çox məyus etdi. İrəli baxmalıyıq”. 

O, komandasının bombardirində arxayınlıq yarandığını etiraf edib:

“Ramalinqom keyfiyyətli hcumçudur. Lakin bu gün sanki özünü daha hazırlıqlı hesab edir. Razıyam ki, bu gün arxayın görünürdü. Xüsusən də ikinci hissədə bir epizodda real şansı boşa verdi. Sadəlikdən mürəkkəbliyə keçdi ki, bu da fərqlənməsinə mane oldu”. 

O, “Zirə”yə 2 qol vurmağın heç də asan olmadığını bildirib:

“Zirə” kimi komandaya 2 qol vurmaq asan deyil. Amma bundan da artığını bacara bilərdik. Təəssüf ki, ilk yarıda üçüncü qolu vura bilmədik”. 

Diniyev legioner strategiyası haqda da danışıb:

“Futbolda uğur qazanmaq üçün 100 faiz lazım olan cəhətlərdən bizdə 80 faizi var. 20 faizi isə çatmır. Hərdən deyirlər ki, “Səbail”in büdcəsi çoxdur, amma biz maddi baxımdan heç "5-lik"də yoxuq. Mən istəsəm, hər mövqeyə 2 futbolçu götürmək olar. Amma bu, müvəqqəti bir şeydir. Komanda yaradırsansa, təməli düz qoymalısan. Keçən il 9-cu olan bu gün 1-ci olsa, gələn il komanda qalmayacaq”. 

“Səbail”in çalışdırıcısı qışda heyəti gücləndirəcəklərini bildirib:

“Qış fasiləsində çatışmayan cəhətlərə baxacağıq. Ola bilər ki, heyətimizi gücləndirək. Fasiləyə hansı mövqedə yollanacağımız da bu baxımdan önəmlidir”. 

Diniyev zamana ehtiyac duyduqlarını deyib:

“Ötən mövsümün sonunda klubun taleyi nazik bir ipdən asılı idi. “Səbail” yox ola bilərdi. Həmin yerdən bugünkü mövqeyə gəlmək üçün zaman lazım idi. Heç kim təminat verə bilməz ki, mən nə qədər “Səbail”də qalacağam. Əsas odur ki, olduğum müddətdə vicdanım təmiz olsun. Legionerləri gətirib sonra nəticə verə bilməsəm, necə olacaq? Səhv də olsa, düz də olsa, bu, mənim baxışımdır. Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim. Təbii ki, mələk deyiləm, hər kəs kimi, mənim də günahlarım olub”. 

Diniyev bildirib ki, reallıqları qəbul etmək lazımdır:

“Səbail” bu gün də iddialıdır. Lakin reallıqları qəbul etməliyik. Bəli, biz yeganə komandayıq ki, hər oyunda qol vurmuşuq. Uduzmaq da olar, lap 0:5, 0:8. Amma əsas odur ki, qorxaq futbol oynamayasan. Təəssüf ki, bu gün komandam istədiyim həmin futbolu ikinci hissədə göstərmədi”. 

Epizodların birində “Səbail”in qapıçısı Səlahət Ağayev vaxt uzatmağa çalışsa da, Şahin Diniyev buna sərt reaksiya verdi. Mütəxəssis həmin epizoda belə münasibət bildirib:

“Bəli, həmin anda qışqırdım. Çünki elə şeydən xoşum gəlmir. Sabah mən də Rəşad Sadıqovla eyni vəziyyətə düşə bilərəm. Odur ki, futbol oynamaq lazımdır. Azarkeş stadiona futbol görmək üçün gəlib”. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

End of content

No more pages to load

RADİO