İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pako Alkaser cari mövsüm oyuna sonradan daxil olduğu matçlarda vurulan qolların sayını 4-ə çatdırıb.
Bizim.Media Apasport.az-a istinadən xəbər verir ki, hücumçu bununla da “Böyük beşlik” liqaları rekorduna şərik olub.
Avropa Liqasının ilk turunda “Sivasspor”, dünən isə “Qarabağ”la görüşdə dublları sıralayan Alkaser Markus Reşfordun göstəricisini təkrarlayıb. “Mançester Yunayted”in oyunçusu da cari mövsüm əvəzetmələrdən sonra 4 qola sevinib.
Qeyd edək ki, Alkaser cari mövsüm orta hesabla hər 9 dəqiqə 15 saniyəyə bir qol vurur.
Bizim.Media