Türkiyə Superliqası təmsilçisi "Adana Demirspor"a transfer olunan Şahruddin Məhəmmədəliyev sabiq klubu "Qarabağ"la vidalaşıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin qapıçısı bununla bağlı "İnstaqram" hesabında paylaşım edib:
"Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, əziz "Qarabağ".
Qeyd edək ki, Ş.Məhəmmədəliyev bu gün "Adana Demirspor"la 2 illik müqavilə imzalayıb.
Bizim.Media