Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
Bizim.Media xəbər verir ki, Vüsal Qələndərzadə və Ömər Rəcəbli bürünc mükafata yiyələniblər.
V.Qələndərzadə 73 kq, Ö.Rəcəbli isə 81 kq çəki dərəcəsində Avropa üçüncüsü olublar.
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 10-u yekun vurulacaq.
Bizim.Media