Türkiyənin "Adana Demirspor" klubu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin transferini açıqlayıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2016-cı ildən "Qarabağ"da çıxış edən futbolçu Azərbaycan millisinin də üzvüdür.
Rəşad Rafiqoğlu, Bizim.Media