Bu gün AVRO-2024-ün seçmə mərhələsində V turun növbəti oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, üç qrupda ümumilkdə 7 görüş baş tutacaq.
Günün mərkəzi qarşılaşması Bratislavada təşkil olunacaq. Dörd turdan sonra itkisiz irəliləyən Portuqaliya özündən 2 xal geri qalan Slovakiyanın qonağı olacaq.
D qrupunun lideri Türkiyə yığması Əskişəhərdə Ermənistanı sınağa çəkəcək. Qrupun digər güclü komandası Xorvatiya isə Latviyanı qəbul edəcək.
Bizim.Media