Avro-2024-ün seçmə mərhələsində 5-ci turun görüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, "Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi səfərdə Litvanın qonağı olub.
Qarşılaşma 2:2 hesablı bərabərlikə başa çatıb. Yankoviç start heyətdə meydana daxil olub və 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Monteneqro yığması 4 oyundan sonra 5 xal toplayıb və qrupda 5 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Bizim.Media