Şenol Günəş: “Neftçi” ilə əvvəllər qarşılaşmaq istəyirdik, bu dəfə qismət oldu”

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə keçiriləcək ilk oyundan öncə fikirlərini bölüşüb.  

Bizim.Media xəbər verir ki, türkiyəli mütəxəssis qarşılaşmanın oynanılacağı “Neftçi Arena”da təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bakıda olduğumuz üçün çox xoşbəxtik. Hər iki komanda “ağ-qara”dır. Həyat bəzən belə qarşılıqlı mühit yaradır. “Neftçi” ilə əvvəllər qarşılaşmaq istəyirdik, bu dəfə qismət oldu. Mərhəmətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq fərqlidir. Hər rəqib önəmlidir.
Maddi durumuna və infrastrukturuna görə, komandalar fərqli yerlərdə ola bilərlər. Amma qələbə meydanda qazanılır. Bu gün uğurlu olan komanda sabah uğursuzluğa düçar ola bilər və ya özündən qat-qat güclü komandaya qalib gələ bilərsən.  

Hər bir futbolçu ən yaxşı nəticəni istəyir. Futbolda bəzən sürprizlər olur. Azərbaycanda futbol əvvəlki illərlə müqayisədə çox inkişaf edir. “Neftçi”nin 9 dəfə ölkə çempionluğu var, avrokuboklarda çıxış edir.

“Qarabağ” və “Sabah” da avrokuboklarda mübarizə aparırlar. Futbol və infrastruktur baxımından Azərbaycan futbolu çox yaxşı durumdadır. “Neftçi” qardaş ölkə komandası olsa da, sabah meydana qələbə üçün çıxacağıq”.  

71 yaşlı mütəxəssis “Beşiktaş”ın Bakıda çox sayda azarkeşlərinin olduğunu söyləyib:  

“Bunu “Sabah”la xeyriyyə oyununda da gördük. Avropada da azarkeşlərimiz var. Onlar üçün yaxşı komanda formalaşdırmağa çalışırıq. Azarkeşlərin matçı dostluq içində izləmələrini istəyirəm. Petardaların aradan qaldırılmasını istəyirəm. Nəfəs alarkən belə, insanı boğur.

Üstəlik, bu, maddi baxımdan da zərər vurur. Görüntü olaraq gözəl görünə bilər, amma onların təbəssümü bu fişənglərdən daha yaxşıdır. Onlara layiq komanda olmağa çalışırıq. Burada neqativ bir halın olacağına inanmıram. Çünki qardaş ölkədəyik”.  

Təcrübəli məşqçi “Neftçi”nin heyətində bəzi futbolçuları fərqləndirib:

“Neftçi”nin keçmişdə uğurları var. Amma “Qarabağ” və “Sabah” kimi iddialı komandalar da var. “Sabah” son vaxtlar yaxşı transferlər edib. “Qarabağ”dan aldığı oyunçular da var. Futbolu pozitiv oynamağa çalışan, rəqibə də çətin anlar yaşadan komanda olduğunu bilirəm. “Neftçi”nin “Tirana”dan güclü olduğunu əminliklə deyə bilərəm.

Orta sahədə Emin Mahmudov, hücumda Lebon, Ozobiç fərqlənən oyunçulardır. Qara Qarayev də oynamasa da, yaxşı futbolçudur. Demək olar ki, bütün futbolçuları yaxşıdır. “Neftçi” futbolçularının transfer qiymətlərinə görə, hazırda Azərbaycanın ən dəyərli komandasıdır”. 

Günəş keçmişdə Azərbaycandan təkliflərinin olduğunu gizlətməyib:

“Çox transferə meyilli məşqçi deyiləm. Azərbaycanda olmaq sevindiricidir. Hazırda hansısa komanda getmək kimi niyyətim yoxdur. Amma keçmişdə Azərbaycandan təkliflərim olub. Buradan futbolçu və ya məşqçilər Türkiyəyə gedə bilərlər. Bir az iç-içə olsaq, isti münasibətləri qarşılıqlı əlaqələr içində inkişaf etdirə bilərik. Bizdə maliyyə, bazalar daha yaxşıdır. İndi “Neftçi” ilə sabahkı görüşü düşünürük. Biz onların, onlar da bizim zəif tərəflərimizdən yararlanmağa çalışacaqlar”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda gecə klubunda yanğın – VİDEO

Bakıda gecə klubunda yanğın – VİDEO

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Bu şəhid övladları tələbə oldular- Adlar

Bu şəhid övladları tələbə oldular- Adlar

Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

İkinci dəfə ata oldu

İkinci dəfə ata oldu

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

Elvin Cəfərquliyev əməliyyat olunacaq

Elvin Cəfərquliyev əməliyyat olunacaq

Əkiz bacılar eyni ixtisasa qəbul oldu

Əkiz bacılar eyni ixtisasa qəbul oldu

Göyçayda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Ermənistan rəsmiləri LAÇINDA – Hansı məsələlər müzakirə olundu?

Ermənistan rəsmiləri LAÇINDA – Hansı məsələlər müzakirə olundu?

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

End of content

No more pages to load

RADİO