Azərbaycan yığması Polşada çıxışını başa vurdu: 11 medalımız var 

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarının son günü davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan yığması Polşanın Krakov şəhərində təşkil olunan yarışlarda çıxışını başa vurub.

Ölkəmizi Avropa Oyunlarının ümumilikdə 101 idmançı təmsil edib. Onlar 14 müxtəlif növdə mübarizə aparıb.

Azərbaycan idmançıları Polşada 11 medal qazanıb. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 6-si bürünc əyarlıdır.

Karateçilərimiz 2 qızıl və 1 bürünc, kikboksinq yığmamız 1 qızıl qazanıb. Boksçularımızla taekvondoçularımız hərəyə 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc, əldə edib.

Beş növdə mükafatçılar sırasında təmsil olunan Azərbaycan idmançıları padel, kamandan oxatma, triatlon, badminton, qılıncoynatma, çimərlik futbolu, cüdo, atletikada və atıcılıqda vətənə medalsız dönür.
Qeyd edək ki, Avropa Oyunlarında qitənin 48 ölkəsi təmsil olunub.

Azərbaycan idmançıları Krakov-2023-də:

20 iyun

Lamiyə Vəliyeva (atletika, qadınlar, 400 m) - 3-cü divizionda 5-ci yer

Aleksis Kopello (atletika, kişilər, üçtəkanla tullanma) – 3-cü divizionda 2-ci yer

Cavid Məmmədov (atletika, kişilər, 400 m) - 3-cü divizionda 10-cu yer

Anna Yusupova (atletika, qadınlar, 5000 m) - 3-cü divizionda 5-ci yer

Elman Abışov (atletika, kişilər, 800 m) - 3-cü divizionda 14-cü yer

Anna Skidan (atlatika, qadınlar, çəkicatma) - 3-cü divizionda 1-ci yer

İlahə Quliyeva (atletika, qadınlar, 100 m) - 3-cü divizionda 10-cu yer

Aleksey Əliəkbərov (atletika, kişilər, 100 m) - 3-cü divizionda 11-ci yer

21 iyun

Nərminə Bağırova, Samirə Əliyeva (padel, qadın cütləri) - 1/16 final

Kəsgin Abbaszadə (atletika, kişilər, uzunluğa tullanma) – 3-cü divizionda 8-ci yer

İsmayıl Əliyev (atletika, kişilər, lövhəatma) – 3-cü divizionda 10-cu yer

Anna Yusupova (atletika, qadınlar, 800 m) – 3-cü divizionda 10-cu yer

Elman Abışov (atletika, kişilər, 1500 m) – 3-cü divizionda 11-ci yer

Yekaterina Sarıyeva (atletika, qadınlar, üçtəkanla tullanma) – 3-cü divizionda 1-ci yer

Cavid Məmmədov (atletika, kişilər, 400 m, sədlərlə) – 3-cü divizionda 1-ci yer

Aleksey Əliəkbərov, Əli Abdıyev, Qədir Qurbanov, Kəsgin Abbaszadə (atletika, kişilər, 4x100 m estafet) – 3-cü divizionda 7-ci yer

22 iyun

İlahə Quliyeva (atletika, qadınlar, 200 m) – 3-cü divizionda 10-cu yer

Aleksey Əliəkbərov (atletika, kişilər, 200 m) – 3-cü divizionda 10-cu yer

İsmayıl Əliyev (atletika, kişilər, nüvə itələmə) – 3-cü divizionda 7-ci yer

Fəxriyyə Tağızadə (atletika, qadınlar, uzunluğa tullanma) – 3-cü divizionda 9-cu yer

Elman Abışov (atletika, kişilər, 5000 m) – 3-cü divizionda 12-ci yer

Anna Yusupova (atletika, qadınlar, 1500 m) – 3-cü divizionda 6-cı yer

Cavid Məmmədov, Lamiyə Vəliyeva, Alim Abdiyev və İlahə Quliyeva (atletika, qarışıq estafet, 4x400 m) – 3-cü divizionda 7-ci yer

Əminağa Quliyev (karate, kişilər, 60 kq) – qrup mərhələsini adlaya bilməyib

Tural Ağalarzadə (karate, kişilər, 67 kq) – Qızıl medal

Fidan Teymurova (karate, qadınlar, 50 kq) – qrup mərhələsini adlaya bilməyib

Mədinə Sadıqova (karate, qadınlar, 55 kq) – qrup mərhələsini adlaya bilməyib

Ruslan Lunyov (atıcılıq, kişilər, tapança, 10 m) – təsnifatda 11-ci yer

Nigar Nəsirova (atıcılıq, qadınlar, tapança, 10 m) – təsnifatda 25-ci yer

Nəzrin Abbaslı (atıcılıq, qadınlar, tapança, 10 m) – təsnifatda 35-ci yer

23 iyun

Ümid Rüstəmov (boks, kişilər, 57 kq) – 1/16 finalı adlaya bilməyib

Səyyad Dadaşov (taekvondo, kişilər, 54 kq) – Gümüş medal

Qaşım Maqomedov (taekvondo, kişilər, 58 kq) – Bürünc medal

Minayə Əkbərova (taekvondo, qadınlar, 46 kq) – 5-ci yer

Patimat Abakarova (taekvondo, qadınlar, 46 kq) – 1/8 finalı adlaya bilməyib

İrina Zaretska (karate, qadınlar, 68 kq) – Qızıl medal

Fəridə Əliyeva (karate, qadınlar, 68 kq) – qrup mərhələsini adlaya bilməyib

Fərid Ağayev (karate, kişilər, 75 kq) – qrup mərhələsini adlaya bilməyib

Asiman Qurbanlı (karate, kişilər, 84 kq) – Bürünc medal

Ruslan Lunyov, Nigar Nəsirova (atıcılıq, tapança, 10 m, qarışıq komanda yarışı) – təsnifat mərhələsində 17-ci yer

24 iyun

Cavad Ağayev (Taekvondo, kişilər, 68 kq) – 1/8 finalı adlaya bilməyib

Zeynəb Rəhimova (boks, qadınlar, 54 kq) - 1/16 finalı adlaya bilməyib

Alfonso Dominqes (boks, kişilər, 92 kq) - 1/16 finalı adlaya bilməyib

Nərimə Səmədova, Nigar Nəsirova, Nəzrin Abbaslı (atıcılıq, qadın komandalar, tapança, 10 m) – təsnifatda 9-cu yer

25 iyun

Malik Həsənov (boks, kişilər, 63,5 kq) - 1/8 finalı adlaya bilməyib

Fəridə Əzizova (taekvondo, qadınlar, 67 kq) - 1/8 finalı adlaya bilməyib

Eltac Qafarov (taekvondo, kişilər, 74 kq) - 1/4 finalı adlaya bilməyib

Saleh Məmmədov (qılıncoynatma, kişilər, sablya) - 1/32 finalı adlaya bilməyib

Murad Əkbərov (qılıncoynatma, kişilər, sablya) - 1/32 finalı adlaya bilməyib

Maqsud Hüseynli (qılıncoynatma, kişilər, sablya) – qrup mərhələsini adlaya bilməyib

Ayxan Xasıyev (qılıncoynatma, kişilər, sablya) – qrup mərhələsini adlaya bilməyib

Regina Meftahətdinova (atıcılıq, qadınlar, skit) - təsnifat mərhələsində 18-ci yer

Nurlana Cəfərova (atıcılıq, qadınlar, skit) - təsnifat mərhələsində 26-cı yer

Məhəbbət Hümbətov (muaytay, kişilər, 71 kq) - 1/4 finalı adlaya bilməyib

26 iyun

Şəhla Allahverdiyeva (boks, qadınlar, 66 kq) - 1/8 finalı adlaya bilməyib

Məsud Yusifzadə (boks, kişilər, 51 kq) – 1/8 finalı adlaya bilməyib

Taleh Süleymanov (taekvondo, kişilər, 87 kq) - 1/8 finalı adlaya bilməyib

Nigar Nəsirova (atıcılıq, qadınlar, tapança, 25 m) - təsnifat mərhələsində 25-ci yer

Xəyal Əliyev (muaytay, kişilər, 67 kq) – Bürünc medal

Aysun Dərvişova (muaytay, qadınlar, 57 kq) – Bürünc medal

Emiliya Rzayeva (muaytay, qadınlar, 63,5 kq) – Bürünc medal

27 iyun

Aynur Rzayeva (boks, qadınlar, 75 kq) – 1/8 finalı adlaya bilməyib

Anaxanım İsmayılova (boks, qadınlar, 50 kq) – 1/8 finalı adlaya bilməyib

Yaylagül Ramazanova (kamandan oxatma, qadınlar, fərdi yarışlar) – 1/32 finalı adlaya bilməyib

Kənan Əliyev (qılıncoynatma, kişilər, şpaqa, fərdi yarışlar) – 1/64 finalı adlaya bilməyib

Barat Quliyev (qılıncoynatma, kişilər, şpaqa, fərdi yarışlar) – qrup mərhələsini adlaya bilməyib

Ruslan Həsənov (qılıncoynatma, kişilər, şpaqa, fərdi yarışlar) – 1/32 finalı adlaya bilməyib

Anna Başta (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – 1/16 finalı adlaya bilməyib

Valeriya Bolşakova (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – 1/16 finalı adlaya bilməyib

Səbinə Kərimova (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – 1/8 finalı adlaya bilməyib

Palina Kaspiaroviç (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – qrup mərhələsini adlaya bilməyib

Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfova (atıcılıq, skit, qadınlar, komanda yarışları) – 4-cü yer

Ruslan Lunyov, Nigar Nəsirova (atıcılıq, tapança, 25 m, qarışıq komandalar) - təsnifat mərhələsində 9-cu yer

28 iyun

Rostislav Pevtsov (triatlon, kişilər) – 6-cı yer

Era Məftuha, Keyşa Fatimə Zəhra (badminton, qadınlar, cütlər) - qrup mərhələsini adlaya bilməyib

Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev (Kişilər, sablya, komanda yarışları) – 13-cü yer

Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni (badminton, kişilər, cütlər) - qrup mərhələsini adlaya bilməyib

Sərxan Əliyev (boks, kişilər, 71 kq) - 1/4 finalı adlaya bilməyib

Məhsəti Həmzəyeva-Ağamalıyeva (boks, qadınlar, 57 kq) – 1/4 finalı adlaya bilməyib

29 iyun

Ruslan Lunyov (atıcılıq, kişilər, tapança, 25 m) - təsnifat mərhələsində 6-cı yer

Ülviyyə Eyvazova (atıcılıq, qadınlar, trap) - təsnifat mərhələsində 27-ci yer

Aydan Camalova (atıcılıq, qadınlar, trap) - təsnifat mərhələsində 19-cu yer

Edi Reski Dviçayo (badminton, kişilər, fərdi yarışlar) – 1/8 finalı adlaya bilməyib

Keyşa Fatimə Zəhra (badminton, qadınlar, fərdi yarışlar) – 1/8 finalı adlaya bilməyib

30 iyun

Ruslan Lunyov (atıcılıq, kişilər, tapança, 25 m) – yarımfinal “dördlüy”ündə 4-cü yer

Ülviyyə Eyvazova (atıcılıq, qadınlar, trap) - təsnifat mərhələsində 29-cu yer

Aydan Camalova (atıcılıq, qadınlar, trap) - təsnifat mərhələsində 15-ci yer

Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev (qılıncoynatma, kişilər, şpaqa, komanda yarışı) - 1/16 finalı adıaya bilməyib.

Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova (qılıncoynatma, qadınlar, sablya, komanda yarışı) – 6-cı yer

Elşad Şahbazov (kikboksinq, kişilər, 86 kq) – 1/4 finalı adlaya bilməyib

Murad Allahverdiyev (boks, kişilər, 80 kq) – Bürünc medal

1 iyul

Fərid Ağamoğlanov (kikboksinq, kişilər, 63,5 kq) – Finala yüksəlib

Çimərlik futbolu yığması (Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov)– 5-ci yer
Cüdo yığması (Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova) – 1/8 finalı adlaya bilməyib

2 iyul

Fərid Ağamoğlanov (kikboksinq, kişilər, full kontakt, 63,5 kq) – Qızıl medal

Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rafixanova (atıcılıq, qadın komandalar, trap) - təsnifat mərhələsində 5-ci yer

Məhəmməd Abdullayev (boks, kişilər, +92 kq) – Gümüş medal
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

End of content

No more pages to load

RADİO