“Qarabağ”ın futbolçusu Musa Qurbanlıya xarici klubların marağı artmaqda davam edir.
Bizim.Media xəbər verir ki, Avstriyanın “Zalsburq” klubundan savayı forvarda İspaniya klubları da maraq göstərir.
21 yaşlı hücumçu ilə “Xetafe” və “Rayo Valekano” yaxından maraqlanır. Baş məşqçi Qurban Qurbanov oğlunun daha bir il “Qarabağ”da qalmasına çalışsa da, forvardın özü xaricə getməkdə maraqlıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media