"İnter"lə müqaviləsi başa çatan Edin Dzeko karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu "Fənərbağça" ilə danışıqlar aparır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə Dzekonun razılaşmağa yaxın olduğu bildirilib.
Forvard İstanbul klubunda iki illik 9 milyon avro maaş alacaq. Dzeko ötən mövsüm "İnter"də 52 oyunda 14 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media