“Kəpəz” Abdullahi Şuaybunun transfer qiymətini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Gəncə klubu hücumçu üçün 100 min dollar təzminat tələb edir.
Buna səbəb nigeriyalıya həm ölkə daxilindən, həm də bəzi xarici klublardan təkliflərin olmasıdır.
Ötən mövsüm meydana çıxdığı 35 oyunda rəqib qapılarına 12 qol vuran afrikalının “Kəpəz” hələ 1 illik müqaviləsi var.
Qeyd edək ki, Şuaybuya “Qəbələ” və “Sumqayıt” daha çox maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media