PSJ-nin yeni baş məşqçisi Luis Enrike olacaq.
Bizim.Media xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.
53 yaşlı ispaniyalı PSJ-yə rəhbərlik edəcək. Yaxın bir neçə saat ərzində o, Parisə uçacaq.
Qeyd edək ki, PSJ-nin son baş məşqçisi Kristof Qaltye olub. Klub yeni mövsümə Qaltye ilə başlamaq istəməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media