Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Oyunlar iyulun 5-dən 9-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək. Millimizin oyunlarının təqvimi belədir:
5 iyul.
18: 45. Azərbaycan – Moldova
6 iyul.
18:45. Azərbaycan – Estoniya
7 iyul.
18:45. Azərbaycan – İtaliya
Bizim.Media