Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürüldü - FOTO

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib.

Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib.

Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib.

Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib.

Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib.

Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib.
Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası oldu

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası oldu

Ər-Riyadda hava limanına raket hücumu: 12 ölü, 309 yaralı var - VİDEO

Ər-Riyadda hava limanına raket hücumu: 12 ölü, 309 yaralı var - VİDEO

Vətən müharibəsinin XRONİKASI: 11 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI: 11 oktyabr –VİDEO

Zaporojye vuruldu, 20 ölü var

Zaporojye vuruldu, 20 ölü var

Nazir cüdoçuları təbrik etdi - FOTO

Nazir cüdoçuları təbrik etdi - FOTO

Bu 3 bürcün pul bəxti açılacaq

Bu 3 bürcün pul bəxti açılacaq

Dəfn mərasiminə sinəsi açıq gəldi, tənqid olundu

Dəfn mərasiminə sinəsi açıq gəldi, tənqid olundu

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

End of content

No more pages to load

RADİO