Rusiyanın 10 oktyabrda Zaporojyeyə hücumu nəticəsində 20 mülki şəxs həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Xilasedicilərin açıqlamasında deyilir:
"Rusiya hava hücumunda ölənlərin sayı 20-yə çatıb, onlardan 3-ü uşaqdır".
Xatırladaq ki, 10 oktyabr səhəri Rusiya qoşunları Zaporojyeyədə beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Zərbə nəticəsində çoxmərtəbəli binanın girişinin bir hissəsi dağılıb. Yaxınlığındakı yaşayış binalarına da ziyan dəyib. (Modern.az)
Bizim.Media