Paytaxtda bir kişi hündürmərtəbəli binanın damına çıxıb özünü atmaq istəyib.
“Gənclik”x9d metrostansiyasının yaxınlığında yerləşən binanın həyətinə polis əməkdaşları cəlb olunub.xa0
Şahidlərin verdiyi məlumata görə, intihara cəhd edən şəxs affekt vəziyyətindədir.
Orta yaşlı kişinin özünü atmaq istədiyi bina Ceyhun Hacıbəyli 32 ünvanında yerləşir.
Nərimanov RPİ 16-cı Polis Bölməsindən və FHN əməkdaşları danışıq aparıb intihara cəhd edən şəxsi xilas ediblər. İlkin məlumatlara görə, o, hələ ki, məlum olmayan məhkəmə prosesinin düzgün aparılmamasına etiraz edərək özünü öldürmək istəyib.(qafqazinfo)