Keçmiş məhkum qeyri-rəsmi nikahda olan arvadının evini yandırdı.
Moderator.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 23-də saat 19 radələrində Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmayıl Əliverdiyev qısqanclıq zəminində onunla bir evdə yaşayan qeyri-rəsmi nikah münasibətlərində olduğu Mehparə Quliyevaya məxsus vaqonu qəsdən yandırıb.Nəticədə vaqon və oradakı əşyalar yanıb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır