Şəmkirdə qadın evinin həyətində ölü halda tapılıb.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə səhər saat 7 radələrində Seyfəli kəndində qeydə alınıb.
Kənd sakini 59 yaşlı Gülafət Nəriman qızı Mehdixanovanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.
Bizim.Media