Sürücülərin yeni oyunu - Fotolar

Bakıda sərnişin avtobusunda sürücü ilə sərnişinlər arasında insident baş verib. 

ANS PRESS-in məlumatına görə, 91 saylı avtobus Biləcəri qəsəbəsindən “Memar Əcəmi” metrosu istiqamətinə gedərkən Beynəlxalq Avtovağzalın ərazisində dayanacaqda dayanmayıb. Sürücü buna səbəb kimi yolun tıxac olmasını göstərib. Sərnişinlər isə buna etirazlarını bildiriblər. Nəticə bir neçə sərnişinlə sürücü arasında dava düşüb.

Əslində bu tipli hadisələr bir çox sərnişin avtobuslarında baş verib. Avtobus sürücüləri çox vaxt dayanacaqlarda saxlamırlar. Bəziləri “düşən var?”, soruşurlar. Çox vaxt da bu zaman problemlər yaranır.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyi isə birmənalıdır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, hər bir halda avtobuslar bütün dayanacaqlarda saxlamalıdır. Əgər hansısa sürücü dayanacaqda saxlamırsa, sərnişinlər bu barədə nazirliyin “qaynar xətti”nə şikayət edə bilərlər.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov isə ANS PRESS-ə açıqlamasında bildirib ki, belə hadisələr ən çox tıxac vaxtı baş verir.

“Tixac olanda sürücülər qrafikdən kənara çıxırlar. Buna görə onlar dayanacaqlarda saxlamırlar. Bu zaman da narazılıqlar yaranır. Bizim əməkdaşlarımız da reydlər keçirir. Belə neqativ hallarla rastlaşdıqda tədbirlər görülür”, - deyə Elçin Nəsirov bildirib.

Sahibkarlar isə belə halların pik saatlarında, sərnişin sıx olduğu vaxtlarda baş verdiyini bildirirlər. 91 və 92 saylı avtobusların tabe olduğu “3 qardaş” MMC-nin rəhbəri Hacı Mübariz Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, sürücüləri də qınamaq olmaz.

“Kim öz qazancından qalar? Nəqliyyat Nazirliyi dayancaqların siyahısını və yerlərini verirlər. Biz də sürücülərə təlimatlar veririk. Tapşırılır ki, dayanacaqdan kənarda saxlamaq olmaz. Eyni zamanda tapşırılır ki, bütün dayanacaqlarda saxlanılmalıdır”, - deyə Mübariz Quliyev bildirib.
















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

Sabah saat 09:00-dan bu ərazilərdə qaz olmayacaq

Sabah saat 09:00-dan bu ərazilərdə qaz olmayacaq

Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək

Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək

Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Hakan Fidan səfirimizlə görüşdü

Hakan Fidan səfirimizlə görüşdü

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Regionlarda uşaq reabilitasiya mərkəzləri çatışmır? – RƏSMİ AÇIQLAMA

Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Avaxılda evləri aylıq 12 min manata kirayə verirlər

Avaxılda evləri aylıq 12 min manata kirayə verirlər

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün QƏBUL CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün QƏBUL CƏDVƏLİ

Livan və İsrail arasında danışıqların 5-ci raundu BAŞLADI

Livan və İsrail arasında danışıqların 5-ci raundu BAŞLADI

"Space" TV-də yeni təyinat: Baş direktora yeni müşavir təyin olundu - FOTO

"Space" TV-də yeni təyinat: Baş direktora yeni müşavir təyin olundu - FOTO

Portuqaliyalı futbolçu “Zirə”də

Portuqaliyalı futbolçu “Zirə”də

İranda banklara kiberhücum OLDU

İranda banklara kiberhücum OLDU

Krım körpüsündə yanacaq daşınmasına icazə verildi: "Dronlar üçün yeni hədəflər"

Krım körpüsündə yanacaq daşınmasına icazə verildi: "Dronlar üçün yeni hədəflər"

Kimlərə yeni işə başlayanda altı aydan tez məzuniyyət verilir?

Kimlərə yeni işə başlayanda altı aydan tez məzuniyyət verilir?

Xarkov və Zaporojyedə yolların üzərinə drona qarşı torlar çəkilir – VİDEO

Xarkov və Zaporojyedə yolların üzərinə drona qarşı torlar çəkilir – VİDEO

Tovuz: uğurlar da var, həllini gözləyən məsələlər də

Tovuz: uğurlar da var, həllini gözləyən məsələlər də

Türkiyədə sursat anbarında dəhşətli partlayış: Ölənlər var – FOTO-VİDEO

Türkiyədə sursat anbarında dəhşətli partlayış: Ölənlər var – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO