Bakıda mallar yığılan anbarda yanğın baş verib.
Moderator.az FHN-in saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda müxtəlif tipli mallar yığılan anbarlarda yanğın baş verib.
Dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının yayılmasının qarşısı alınıb və söndürmə işləri davam etdirilir.