“Onun “Savaşçı”da səsləndirilməsi ilə Üzeyir bəyin, Əhməd Cavadın ruhu bir daha şad oldu”

“Çəkiliş təklifi “Savaşçı” serialının rejissoru və ssenari müəllifi tərəfindən gəldi. Bizə zəng vurub bildirdilər ki, “Azərin xanımı serialda görmək istəyirik və çox arzu edirik ki, “Çırpınırdı Qara dəniz” əsərini ifa etsin””.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın xalq artisti Azərin Türkiyədə seriala çəkilməsi haqqında danışarkən deyib.

Azərin xanım qeyd edib ki, “Savaşçı”da Türk dünyasına xüsusi önəm verildiyi üçün bu serialda çəkilməyə razılıq verib:xa0
“İlk növbədə onu qeyd edim ki, az-çox “Savaşçı” serialı barədə məlumatım var idi. Ümmiyyətlə, serial izləməsəm də, zamanım olduqca, “Savaşçı”nın bəzi bölümlərinə baxmışdım. Bu serial da məni ona görə cəlb etmişdi ki, orada Azərbaycan Türkiyə qardaşlığına çox toxunulur, ölkələrimiz arasındakı münasibətlər qabardılır. Milli qəhrəmanımız Mübariz İbrahimov, həmçinin Xocalı soyqırımı ilə bağlı serialda ətraflı fraqmanlar salınır. Bu da təbii ki, daha çox insanın bu məsələlər barədə məlumatlandırılmasına xidmət edir. Bu keyfiyyətlər də serialda diqqətimi cəlb etmişdi. Bir vətəndaş olaraq hər zaman bu məqamları alqışlamışdım. Sevindirici haldır ki, artıq mövzu olaraq Azərbaycanın, ümumiyyətlə Türk dünyasınınxa0 işqılandırıldığı belə seriallar ərsəyə gəlir. Bir sözlə, serialda Türk dünyasının mövzu olaraq işlənilməsi məni qürurlandırmışdı. Həmçinin builki sezon bölümlərində Azərbaycan zabitinin serialda rol alması da alqışa layiqdir”.xa0

“Mənə təklif gələndə, Cavid bəylə dedik ki, niyə də olmasın. Amma əvvəlcə ssenarini istədim, bölümdə, ümumiyyətlə, nədən bəhs edildiyini öyrənmək üçün. Ssenarini göndərdilər, oxuduq və baxdıq ki, yersiz bir məsələ deyil, mənim orda rol almağımın lüzumu var. Belə ki, Türk dünyasının birlik gecəsi keçirilir və mən orada ifa edirəm. Bilirsiniz ki, indiyə qədər istər Azərbaycanda cəbhə bölgəsindəki əsgərlər qarşısında, istərsə də Türkiyədə mehmetciklər üçün silsilə konsertlər vermişəm. Yəni bu, mənim işimdir və işimi çox sevirəm. Serialda da məhz əsgərlər üçün konsert vermək mənim üçün qürurverici oldu. Onlar da sağ olsunlar ki, bunu dəyərləndiriblər. Ümumiyyətlə, Türkiyədə də həm dövlətin, həm də xalqın xəbəri var ki, mən bu işi hər zaman sevə-sevə görmüşəm” – deyə Xalq artisti qeyd edib.

O, serialda məhz “Çırpınırdı Qara dəniz” əsərini səsləndirməsindən də danışıb:xa0
““Çırpınırdı Qara dəniz” tək mənim adımla bağlı deyil, sadəcə mən bu əsəri sevə-sevə ifa edirəm. Əsəri ifa etdikcə gözümün qarşısında Cümhuriyyətimiz, Üzeyir Hacıbəyli, Əhməd Cavad canlanır. Onların ruhu şad olsun ki, belə dəyərli əsər ərsəyə gətiriblər. Cümhuriyyətimizin 100-cü ilində, həmçinin Qafqaz İslam Ordusunun Bakıya gəlişinin 100-cü ildönümündə “TRT Avaz”daxa0 Türkiyə Cumhurbaşkanlığı Simfonik Orkestr ilə birlikdə oxuduğum “Çırpınırdı Qara dəniz”in “Savaşçı”da yer alması ilə həm Üzeyir bəyin, həm də Əhməd Cavadın ruhu bir daha şad oldu. Bir sənətçi olaraq bu,xa0 mənimçün çox önəmli məsələdir”.

Xalq artisti vurğulayıb ki, “Savaşçı”da çəkilməyə razılıq verdiyi səbəblərdən biri də serialda dövlətimizin, xalqımızın, həmçinin ordumuzun arasında olan davamlı birliyin əks olunmasıdır: “Bütün bunlar bizim millətimizin, hər iki ölkənin adına olan çox xoş hadisələrdir. Bu, bizim tariximizdir, gələcək nəsillər də, əlbətə ki, bundan çox bəhrələnəcəklər. Elə bunlara görə də mən razılıq verdim və serialın çəkildiyi Əskişəhərə gedib, “Savaşçı”da çəkildim”.xa0
“İndi izləyirəm ki, bu məsələyə həm Türkiyə mətbuatında böyük yer verilib, serialın təşkilatçı heyətinin xüsusi təşəkkürü də dərc olunub.xa0 Həm də bizim media qurumlarında bu barədə sevindirici xəbərlər yayımlanıb. Bunlar da bir sənətçi üçün xoş amillərdir. İllər öncə də dəfələrlə qeyd etmişdim ki, hər zaman millətləri birləşdirən mədəniyyətimizdir, incəsənətimizdir. Şükürlər olsun ki, biz artıq mədəni əlaqələrimizdə təkcə mahnı ifa etməklə kifayətlənmirik, kino sahəsinə də inteqrasiya edirik. Türkiyədən rejissorlar gəlib Azərbaycanda çalışırlar, ortaq iş ərsəyə gətirirlər. Həmçinin bizim rejissorlarımız, aktyorlarımız Türkiyədə çəkilən kino və seriallarda rol alırlar. Bu mədəniyyətin içində bizim rəssamlarımızın, heykəltaraşlarımızın, ədiblərimizin, yazarlarımızın da rol alması lazımdır. Bütün bunların hamısı bizim dövlətimiz, millətimiz üçün lazımlı olan işlərdir. Mən də çalışıram ki, dövlətimi layiqincə təmsil edim”.

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

End of content

No more pages to load

RADİO