Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bizim.Media müharibənin 7-ci gününün xronikasını təqdim edir:

• “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan Bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

• Dövlətimizin başçısı Azərbaycan Ordusunun Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad etməsi barədə məlumat verib.

• Prezident İlham Əliyev işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib.

• Müdafiə Nazirliyi müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayını açıqlayıb: 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi.

• Baş prokurorun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.

• Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən videogörüntülər yayılıb.

• Azərbaycanın Müdafiə Nazirliyi düşmənin ağır itkilər verməsini və hərbi texnikasına sarsıdıcı zərbələr endirilməsini əks etdirən yeni görüntülər paylaşıb.

• Müdafiə Nazirliyi: Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

• Ermənistan ordusunun bölmələri Naftalanın Qaşaltı Qaraqoyunlu kəndini, Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksini, Ağcabədi rayonunun Hindarx qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erməni konsul məlumatları azərbaycanlı sevgilisinə ötürürmüş

Erməni konsul məlumatları azərbaycanlı sevgilisinə ötürürmüş

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi KEÇİRİLDİ

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi KEÇİRİLDİ

Türkiyədə tələbə qızlar tramvayda saçyolduya çıxdılar – ANBAAN VİDEO

Türkiyədə tələbə qızlar tramvayda saçyolduya çıxdılar – ANBAAN VİDEO

Fransadan Kremlə gözlənilməz ZƏRBƏ – Avropa-Rusiya müharibənin ASTANASINDA

Fransadan Kremlə gözlənilməz ZƏRBƏ – Avropa-Rusiya müharibənin ASTANASINDA

Bu bürclərin həyatı dəyişəcək

Bu bürclərin həyatı dəyişəcək

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Quru öskürəyi bıçaq kimi kəsən nənə resepti - Cəmi 3 inqridientlə

Quru öskürəyi bıçaq kimi kəsən nənə resepti - Cəmi 3 inqridientlə

Paltar yuyarkən edilən ən böyük səhvlər

Paltar yuyarkən edilən ən böyük səhvlər

Macarıstan Azərbaycana görə bunu qadağan etdi

Macarıstan Azərbaycana görə bunu qadağan etdi

Avropa Liqası: “Fənərbağça” qalib gəldi – VİDEO

Avropa Liqası: “Fənərbağça” qalib gəldi – VİDEO

Saat 10:00-dan işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda 52 yaşlı kişi kafenin qarşısında BIÇAQLANDI

Bakıda 52 yaşlı kişi kafenin qarşısında BIÇAQLANDI

Azərbaycanlı sənətçi 1 milyonluq borca düşdü - “Lexus”unu SATDI, bankdan kredit götürdü

Azərbaycanlı sənətçi 1 milyonluq borca düşdü - “Lexus”unu SATDI, bankdan kredit götürdü

Kəskin istilər gəlir

Kəskin istilər gəlir

Bakıda xanım sahibkarın avtomobilindən oğurluq: Külli miqdarda...

Bakıda xanım sahibkarın avtomobilindən oğurluq: Külli miqdarda...

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? – VİDEO

Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? – VİDEO

Münhen aeroportunda DRON XAOSU – Bütün uçuşlar LƏĞV OLUNDU

Münhen aeroportunda DRON XAOSU – Bütün uçuşlar LƏĞV OLUNDU

Azərbaycanda evtanaziyaya icazə VERİLƏCƏK? – Deputatdan AÇIQLAMA

Azərbaycanda evtanaziyaya icazə VERİLƏCƏK? – Deputatdan AÇIQLAMA

İranda güclü ZƏLZƏLƏ

İranda güclü ZƏLZƏLƏ

Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi - Masazırdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi - Masazırdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Britaniya kəşfiyyatına bu qadın rəhbərlik EDƏCƏK

Britaniya kəşfiyyatına bu qadın rəhbərlik EDƏCƏK

Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı

Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı

End of content

No more pages to load

RADİO