Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi KEÇİRİLDİ

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media "Apa.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması ilə davam edib.

O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığında görüş təyin etdiyini, amma səbəbini xatırlamadığını bildirib.

A.Məmmədli Frederik Devosa CV göndərib. Frederik onu fransız şirkətində işlə təmin edəcəyi ilə bağlı vəd verib.
 

Digər bir yazışmada Martin Ryan Azad Məmmədliyə deyib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və siçan hədiyyə edib.


Hədiyyə edərkən bildirib ki, səfirlikdə işlədilməyən çox texnika var. Azad Məmmədlinin bu zaman paranoyası başlayıb. O, fransız diplomatların onları mənbə hesab etdiyini və Loran Löditin həmin əşyalara dinləmə cihazı və ya gizli kamera yerləşdirə biləcəyini düşünüb.

O, Martinə bir-birini əvəzləyən fransız diplomatların onları dost kimi deyil, mənbə kimi gördüyünü də söyləyib:

"Biz digər insanlardan fərqliyik. Biz Azərbaycanın geosiyasi vəziyyətindən məlumatlıyıq və hətta onları təhlil edib məlumat da verə bilirik".

Yazışmanın ardında Martin Azada evində izləmə cihazı ola biləcəyindən şübhələndiyini də bildirib. Ona bu məsələni mütəxəssislə dəqiqləşdirməsi təklif olunub. A.Məmmədli Martinin dediklərinin gizlin yazılmasının belə onun üçün xəyanət sayıla biləcəyini də əlavə edib.

Azad Məmmədli Martin Ryandan Fransa səfirliyindən hansısa xeyir əldə edə bilib-bilməyəcəyini soruşub. M.Ryan indiki vaxtda bunun təhlükəli olduğunu deyib.

Söhbətin davamında Martin Ryan Azad Məmmədliyə kəşfiyyatçı Loran Qrardın "Siqnal" yazışma proqramı vasitəsilə Qarabağda antiterror əməliyyatı ilə bağlı informasiya almaq istəyə biləcəyini söyləyib. Lakin bundan əmin ola bilməyib. Çünki həmin vaxt o, daha öncə istifadə etdiyi "Siqnal" tətbiqini silib.

Digər danışıqlarında təqsirləndirilən şəxslər bir-birlərinə Azərbaycanın İranla və ABŞ-la münasibətləri, USAİD-in bağlanmasının ölkədə yarada biləcəyi nəticələrlə bağlı dediklərindən və DTX tərəfindən izlənmə qorxusu olduğundan bəhs edib.

Azad Məmmədlinin ifadəsinin tam elan olunması yekunlaşıb. O, ifadəsini təsdiqləyib və bildirib: “İfadəmdə dediyim kimi, mən agent olmamışam, mənbə olmuşam".

Növbəti iclas oktyabrın 24-ü şahidlərin dindirilməsi ilə davam edəcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
 

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.


İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncə Kukla Teatırının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Gəncə Kukla Teatırının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Nərimanın komandasından növbəti QƏLƏBƏ

Nərimanın komandasından növbəti QƏLƏBƏ

Daha bir ölkədə 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

Daha bir ölkədə 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

Yəmən sahillərində qaz tankeri VURULDU

Yəmən sahillərində qaz tankeri VURULDU

“Atam və anamdan çox o, mənə dəstək oldu“

“Atam və anamdan çox o, mənə dəstək oldu“

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

"Qarabağ" - "Neftçi" matçının heyətləri AÇIQLANDI

"Qarabağ" - "Neftçi" matçının heyətləri AÇIQLANDI

Putin Ukraynanın böyük şəhərlərini yaşayış üçün yararsız hala salmağı tapşırıb - KİV

Putin Ukraynanın böyük şəhərlərini yaşayış üçün yararsız hala salmağı tapşırıb - KİV

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Tramp Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları LƏĞV ETDİ

Tramp Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları LƏĞV ETDİ

Bekhem FİFA prezidentliyinə namizədliyini irəli sürə BİLƏR

Bekhem FİFA prezidentliyinə namizədliyini irəli sürə BİLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Ronaldo yeni brend YARADIR

Ronaldo yeni brend YARADIR

End of content

No more pages to load

RADİO