Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bizim.Media Vətən müharibəsinin 20-ci gününün xronikasını təqdim edir.

• Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.

• Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.

• Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülər paylaşıb.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb.

Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

• Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlərin icrasına başlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

End of content

No more pages to load

RADİO