Moderator.az-ın məlumatına görə, 1960-ci ildə Şərur rayonunun İbadulah kəndində anadan olan N.İsmayıl, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1988-92-ci illərdə Şərur rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışıb. Daha sonra 10 il (1992-2002-ci illər) Dövlət Gömrük Komitəsində işləyən N.İsmayıl, 2002-ci ildə tutduğu vəzifədən istefa verərək, qurucularından olduğu Azərbaycan Demokrat Partiyasının sıralarında siyasi fəaliyyətini bərpa edib. Hazırda bu partiyanın mətbuat məsələləri üzrə sədr müavinidir.
N.İsmayıl siyasi fəaliyyətlə yanaşı yaradıcılıqla da məşğul olur.
Qeyd edək ki, bu günədək 25 saylı DSK, N.İsmayılla birlikdə 7 iddiaçının namizədliyini qeydə alıb. Hakim partiya bu dairədən hazırki deputat, YAP Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyevanın namizədliyini irəli sürüb.
Bu dairədə, həmçinin “Ümid”x9d, BQP, AMİP kimi tanınmış partiyaların da namizədləri mübarizə aparacaqlar.