“İqbal Ağazadə mənə ismarış göndərdi ki...”x9d - Sərdar Cəlaloğlu sirr açdı

“Ümid Partiyası ilə artıq əməkdaşlıq yox, rəqabət aparırıq”x9d.

Moderator.az-ın məlumatına görə, bunu publika.az-a açıqlamasında Azərbaycan Demokrat  Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

“Hüquqi olaraq Ümid deyilən partiya yoxdur”x9d

Onun sözlərinə görə, ADP və Ümidin təmsil olunduğu “Qarabağ”x9d bloku da buraxılmalıdır: “Hesab edirəm ki, blok qarşısına qoyduğu məqsədlərə nail olub. Hazırda onun taleyinin necə olacağı sual altındadır. Çünki Ümid “125-lər”x9d klubu ilə blok şəkilində seçkiyə getmək qərarına gəldi. Ona görə də hüquqi olaraq Ümid deyilən partiya yoxdur. Çünki qanuna görə seçkilər ərəfəsində hansı partiya blokda iştirak edirsə, onun ayrılıqda fəaliyyət göstərməsi qadağandır. Ümid Partiyası “125-lər”x9d deyilən bir blokla seçkiyə getdiyinə görə onun ADP ilə və ya təklikdə siyasi partiya kimi fəaliyyət göstərməsi qanuna ziddir. Bir sözlə, Ümid Partiyası seçki qurtarana qədər yoxdur. Seçkidən sonra yəqin blokun taleyinə baxacaqlar”x9d.

“Ümidlə əməkdaşlıq yox, rəqabət müstəvisinə keçmişik”x9d

ADP sədri bildirib ki, bir çox dairələrdə Ümid onların namizədlərinə alternativlər verdi: “Şəxsən mən 21-ci dairədən namizədliyimi vermək istəyirdim, Ümid alternativ göstərdi, İqbal Ağazadə mənə ismarış göndərdi ki, namizədliyimi həmin dairədən verməyim. Sonra 9-cu dairəni seçdim. Bu onu göstərirdi ki, biz əməkdaşlıq yox, rəqabət müstəvisinə keçmişik. Belə olan halda necə bir-birimizə dəstək verə bilərdik. Biz də sonda qərara gəldik ki, partiya olaraq seçkiyə getməyək”x9d.

“Partiyada kimsə öz iradəsini sərbəst ifadə edə bilmirsə...”x9d

S. Cəlaloğlu AXCP-nin qurultayında alternativsiz sədr seçkisinə də münasibət bildirib. Qeyd edib ki, özünü Azərbaycanın yeganə müxalifəti sayan partiyada kimsə öz iradəsini sərbəst ifadə edə bilmirsə, bu demokratiyanın yoxluğu deməkdir: “AXCP-nin qurultayına da bu qədər önəm verilməsi intriqadan başqa bir şey deyil. AXCP elə bir mühüm gücə malik deyil ki, orada baş verən hadisələr Azərbaycan cəmiyyətini maraqlandırsın. Həm də Əli Kərimlinin real alternativi yox idi ki, gizli səsvermədə başqası seçilsin. Çünki AXCP Əli Kərimlinin şəxsi imici üzərində formalaşmış partiyadır. O partiyada ideologiyadan, əqidədən söhbət getmir. Əslində orada sədr seçkisinə də ehtiyac yox idi. AXCP-də nə ideoloji yönüm var, nə başqa fraksiya meydana çıxıb. Bunlar hamısı süni oyunbazlıqdır”x9d.

“Əli Kərimlinin kimisə öz tədbirinə dəvət etməyə üzü yoxdur”x9d

ADP sədri siyasi partiyaların AXCP-nin qurultayında iştirak etməməsinə görə Əli Kərimlini ittiham edib.

“Əli Kərimli elə bir siyasət aparıb ki, Azərbaycanda heç bir müxalif partiya sədri ilə normal insani münasibəti yoxdur. Onlara ən yaxın olan, zaman-zaman bir blokda fəaliyyət göstərdikləri Müsavat Partiyası ilə müttəfiq olduqları vaxtda belə düşmənçiliklərini davam etdiriblər. Bu gün Əli Kərimlinin kimisə öz tədbirinə dəvət etməyə üzü yoxdur. O, öz apardığı siyasətin nəticəsi olaraq təklikdə qalıb”x9d, - deyə partiya sədri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Eldəniz Məmmədov baba oldu

Eldəniz Məmmədov baba oldu

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

ABŞ silahlı qüvvələri NOBEL mükafatına layiqdir...

ABŞ silahlı qüvvələri NOBEL mükafatına layiqdir...

Vətəndaş Qəbulu Mərkəzində may ayının QƏBUL CƏDVƏLİ

Vətəndaş Qəbulu Mərkəzində may ayının QƏBUL CƏDVƏLİ

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

End of content

No more pages to load

RADİO