İlham Əliyev “Qalaaltı Hotel & SPA”x9d kompleksinin açılışında iştirak edib

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA”x9d müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.

Moderator.az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısına məlumat verildi ki, kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı”x9d kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub. Oteldəki “Mənzərə”x9d restoranı, “Lavanda”x9d, “Qala”x9d və “Vitamin”x9d barları qonaqların həm yüksək səviyyədə qidalanmaları, həm də asudə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş imkanlar açır. Burada SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları fəaliyyət göstərir.

Kompleksdə yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz edilib. Burada müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılıb. Mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var.

Dövlətimizin başçısı kompleksin kollektivi ilə görüşdü, açılış münasibətilə təbriklərini çatdırdı.

Sonra xatirə şəkli çəkdirildi.

Azərbaycan Prezidenti kompleksin həyətində yaradılan şəraitlə də maraqlandı.

“Qalaaltı Hotel & SPA”x9d kompleksində təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini özündə əks etdirən dörd kiçik otel binası da inşa edilib. “Lalə”x9d, “Zanbaq”x9d, “Bənövşə”x9d və “Mimoza”x9d adlı bu otellərin hər birində 44 otaq var. Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə villalar təklif olunur.

Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min kvadratmetr ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib.

Komplekslə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

Elgiz yeni işə başladı

Elgiz yeni işə başladı

"Real" fransız futbolçularla yollarını ayırır

"Real" fransız futbolçularla yollarını ayırır

İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

“Makron devrildi” deyib jandarmı güllələdi - Fransada kuryoz hadisə

“Makron devrildi” deyib jandarmı güllələdi - Fransada kuryoz hadisə

Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

İsveçrədə İran, ABŞ, Pakistan və Qətər arasında danışıqların ilk raundu başa çatdı - VİDEO

İsveçrədə İran, ABŞ, Pakistan və Qətər arasında danışıqların ilk raundu başa çatdı - VİDEO

Tovuzda avtomobil mal-qaranı vuraraq aşdı - Xəsarət alanlar var

Tovuzda avtomobil mal-qaranı vuraraq aşdı - Xəsarət alanlar var

DÇ-2026: İspaniya - Səudiyyə Ərəbistanı oyunu başladı

DÇ-2026: İspaniya - Səudiyyə Ərəbistanı oyunu başladı

Şirvanda açıq ərazidə yanğın - VİDEO

Şirvanda açıq ərazidə yanğın - VİDEO

“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?

“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?

Paşinyan müxalifəti tamamilə sıradan çıxarır

Paşinyan müxalifəti tamamilə sıradan çıxarır

Volqoqradın adını dəyişdilər - Yenə Stalinqrad oldu

Volqoqradın adını dəyişdilər - Yenə Stalinqrad oldu

"Neftçi" Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzatdı

"Neftçi" Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzatdı

Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - VİDEO

Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - VİDEO

Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandı

Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandı

Almaniyada məmurlara və hərbçilərə səhvən 5 milyon avro artıq pul ödənildi

Almaniyada məmurlara və hərbçilərə səhvən 5 milyon avro artıq pul ödənildi

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

End of content

No more pages to load

RADİO