“Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməlidir”x9d -İDDİA









.

 Heydər Oğuz: “Qafqaz Müsəlmanları İdarəsi bir qurum kimi ləğv etməlidir”x9d

Hər gün ölkəmizdə müxtəlif hadisələr baş verir. Bu hadisələrə partiya nümayəndələrinin baxışlarını öyrənmək üçün qarşılıqlı debatlar təşkil etmək qərarına gəldik. Moderator.az-ın bu dəfəki qonaqları BAXCP-nin təşkilat katibi Bünyamin Qəmbərli ilə Ədalət Partiyasının sədr müavini Heydər Oğuzdur. Dəyirmi masamızın mövzusu isə Azərbaycanda islam məsələsidir.

 

-Ramazan ayı geridə qaldı. Yenə son zamanlar olduğu kimi eyni hadisə təkrarlandı: Müsəlmanların bir qısmi bir gün əvvəl, bir qismi isə bir gün sonra bayramı qeyd etdilər. Dindarlar arasına bu cür ikitirəlik salmaq, sizcə, nəyə xidmət edir? Niyə islam alimləri toplanıb bu cür məsələlərdə fikir birliyinə gələ bilmirlər?

Bünyamin Qəmbərli - İlk öncə bütün xalqımızın, bütün türklərin və müsəlmanların Ramazan bayramını qutlayır, hər kəsə tutduğu orucun, etdiyi ibadət və duaların Uca Yaradan qatında qəbul olunması üçün dua edirəm.

İkinci bizim başladığımız bu işin-layihənin millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olmasını diləyirəm.

Suala gəlincə deyim ki, bu, sadəcə, son zamanlar deyil, mən Ramazanı biləndən belə olub. İran hər zaman digər müsəlman toplumundan fərqli hərəkət edib. Sovet dövründə bu fərq çox da gözə çarpmırdı, çünki həm SSRİ qapalı bir məkan olduğundan, həm də informasiya-kommunikasiya texnologiyaları indiki kimi inkişaf etmədiyindən və geniş yayılmadığından heç kimin dünyada baş verənlərdən xəbəri olmurdu. Digər tərəfdən sovet rejimi ibadətlərin açıq şəkildə yerinə yetirilməsinə də imkan vermirdi. Camaatımız isə az-çox İran radiolarına qulaq asa bildiyindən bütün vaxt nizamlamalarını İrana uyğunlaşdırırdı. İndi isə istənilən adam istənilən vaxt dünyanın hər yerindən xəbər tutduğundan bu ciddi narahatlıqlar yaranır.

İslam alimlərinin bir araya gəlməsi ilə bağlı məsələ isə çox qəlizdir. Bu gün yaşamımıza daxil olan bir çox hal, hərəkət və ideya-inanc kimi İslam dini də bir çox dövlətlər və böyük güclər tərəfindən siyasi məqsədlər üçün istifadə olunur. Bu qüvvələr milyonlarla insanın təmiz inancından, səmimi duyğularından, inam və etiqadından öz məqsədlərini həyata keçirmək üçün murdarcasına istifadə edir. Bu işdə nəfsinə yenik düşən islam üləmaları, xüsusi yetişdirilmiş din rəhbərləri, xüsusi xidmət orqanlarının toruna düşən böyük zəka sahibi olan din alimləri və tanınmış din adamları daha fəaldırlar, daha böyük rol oynayır və zərər verirlər. Sadaladığım bu qüvvələr səmimi olaraq Uca Yaradana xidmət edən alim, üləma və din rəhbərlərinin bir araya gəlməsinə nəinki imkan vermir, həm də bir araya gələnləri isə böyük güclərin, bağlı olduqları dövlətlərin və xüsusi xidmət orqanlarının dəstəyi ilə müxtəlif adlarla ləkələməyə çalışır, onlara və tərəfdarlarına qarşı genişmiqyaslı kompaniyalar təşkil edir, təbliğat apararaq parçalanmaya, bölünməyə səbəb olurlar.

heyderoguz

Heydər Oğuz - Mən də müsəlman qardaş və bacılarımızı, gec də olsa, Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Sualınıza gəlincə, düşünürəm ki, nə qədər adi hadisə kimi görünsə də, bayram vaxtlarının təyin olunmasındakı bu fərqlilik islam ümmətini parçalayan dünyagörüşündən doğur və tarixi əsası var. Məhəmməd peyğəmbərin vəfatından sonra müsəlmanlar arasında əvvəl qarşılaşmadıqları bir durum yarandı. Əvvəl nə edəcəklərini peyğəmbərdən soruşan dindarlar indi bu imkanlarını itirmişdilər- Hərəkətlərini hansı meyara görə müəyyənləşdirməli idilər? Bəziləri bu suala cavabı peyğəmbərin həyatını örnək almaqda axtarırdılar. Bəziləri isə yeni situasiya qarşısında ağıla və zamanın şərtlərinə uymağı məsləhət görürdülər. Beləcə, islam ümmətində sələfilik və xələfilik meylləri ortaya çıxdı. Sələfilər peyğəmbər dövrünün həyatını yaşamağı, xələfilər isə yeni çağa ayaq uydurmağı dəstəkləyirdilər.

Bayram zamanlarının təyinində də bu iki yanaşma həlledici rol oynayır. Peyğəmbərin zamanında teleskop və sairə texnologiya olmadığından fəsillərin təyinatı çılpaq gözlə müəyyənləşdirilirdi. İndi isə texnologiya xeyli inkişaf edib. Ayın çıxışını görmədən də onun nə zaman bizimlə hansı məsafədə və mövqədə durduğunu müəyyənləşdirmək olar. Mənə maraqlı gələn başqa məsələdir. Bir çox məsələlərdə şiələr xələfi, sünnilər isə sələfi xəttində durduqları halda, nədənsə, zamanın təyinatında tamamilə fərqli mövqelərdən çıxış edirlər. Belə çıxır ki, hər iki tərəf də israrla fərqli görünmək, “onlardan”x9d olmadığını sübut etmək yarışındadır. Sözsüz ki, bu israr islam ümmətinin vəhdətini pozur. Mənə qalsa, “islami vəhdət ibadətdən belə üstündür”x9d deyib bu isrardan vaz keçərdim. Amma bu imtiyaz qərarvericilərin əlindədir. Onlar isə ikitirəlikdən yanadırlar. Təəssüf”¦

-Bu cür ikitirəlikdən ən çox əziyyət çəkən yerlərdən biri də Azərbaycandır. Ölkədə sünni və şiə əhalinin nisbəti bir-birinə yaxındır. Dolayısıyla,  bu cür məsələlərdə fikir ayrılığına düşmək dindar əhalimizin arasında bir-birilərinə güvənsizlik hissini canlı tuta, perspektivdə gərginliklərin yaranmasına yol aça bilər. Azərbaycan hakimiyyəti bu ziddiyyətləri ortadan qaldırmaq üçün nə etməlidir?

Bünyamin Qəmbərli - Həqiqətən, dindar əhalimiz bu ikitirəlilikdən çox əziyyət çəkir. Siz baxın ki, Uca Yaradanın əmrinə uyaraq bir ay bəlli saatlarda bütün maddi nemətlərdən, mənəvi duyğu və düşüncələrdən, fiziki-bioloji istək və hərəkətlərdən özünü şüurlu şəkildə məhrum edən insan ayın sonunda gözlədiyi bayramı sevgi və coşğu ilə yaşaya bilmir, hətta kimlərinsə hərəkətləri hesabına günah etməkdən qorxduğu üçün tərəddüdə düşür, narahatlıqlar yaşayır. Dindar camaatımızın bu məsələ ilə bağlı yaşadığı bütün narahatlıqların, batdığı günahın (cəmiyətdə belə bir fikir var ki, iyulun 17 bayram olmalıydı və bayram günü oruc tutmaq batil, günah olduğu halda oruc tutulduğu üçün günaha batıblar) vəbalı Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin və yaxud 17-nin bayram olduğunu bildirən din rəhbərlərinin boynundadır.

Burda bir məsələ də ondan ibarətdir ki, QMİ bütün işini İrana uyğunlaşdırır. Ola bilər ki, QMİ bunu qəbul etməsin. Amma bu belədir. Bir neçə il bundan qabaq - unutmuşam hansı il idi, yenə ya Ramazan bayramı üçün, ya da Qurban bayramı üçün əvvəlcədən gün təyin edilmişdi. Deyilən gün Təzəpir məscidinə minlərlə adam gəlmişdi. Məsciddə bayram salatı-namazı qılınmayacağı bildirildi. QMi-dən səbəbini soruşduqda dedilər ki, namaz sabah, İİR prezidenti Əhmədinecatla birlikdə qılınacaq. Siz indi baxın ki, əvvəlcədən vaxt təyin edilməsinə və həmin gün bütün müsəlman ölkələrində bayram salatı qılınmasına baxmayaraq, QMİ işini Uca Yaradanın əmrinə yox, İİR-in istək və uyğulamalarına uyğun qurdu. Hətta orda çox sərt ifadələr səsləndirənlər də oldu. Camaatın çox böyük narazılığından sonra Təzəpir məscidinə heç vaxt imam və ya pişnamaz olmayan Hacı Əhmədi göndərdilər ki, camaat bayram salatı qılsın. Başqa bir misal deyim: Yenə bir neçə il bundan qabaq bütün müsəlman ölkələrində Qədr gecəsi ilə bağlı əhya saxlandığı halda, İİR-də əhya saxlanmadığı üçün Bakıdakı məscidlərin bəziləri bağlanmış, açıq olanlarda isə əhya saxlanmasına qadağa qoyulmuşdu. Biz bir qrup müsəlman getdiyimiz bütün məscidlərdən olmaz cavabı aldıq. Bu il də belə...

QMİ elmə əsaslansaydı, Şamaxı rəsədxanasını əsas götürməliydi, yox, ayın görünməsini əsas götürsəydi o zaman Türkiyə, Səudiyyə Ərəbistanı və b. müsəlman ölkələri ilə eyni yarımkürədə və yaxın saat qurşağında yerləşdiyimizdən belə fərq yaranmamalıydı. Nə vaxta qədər QMİ bütün fəaliyyətini İrana uyğun quracaq? Məncə, QMİ İranın təsirindən birdəfəlik qurtarmalı, müstəqil bir qurum kimi işini dini baxımdan Allahın əmrlərinə, Quran-i Kərimə, təşkilat baxımından isə Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırmalıdır. Yeri gəlmişkən, QMİ dilimizin də qorunması və inkişafı naminə fars və ərəb dilində işlənən bir çox termin və ifadənin də qarşılığının tapılması üçün ciddi tədbirlər görməlidir. İstər cümə xütbələrində, istər nəşrlərdə, istərsə də gündəlik ibadət və danışıqda hər hansı söz, ifadə və ya ibadət fars dilində deyilirsə, bu, QMİ-nin yarıtmaz işinə dəlalət edir, cəmiyyətdə mövcud olan QMİ-nin iranpərəstliyi fikrinə haqq qazandırır.

Heydər Oğuz - Bünyamin bəyin o fikirləriylə razıyam ki, Qafqaz Müsəlmanları İdarəsi öz işini yarıtmaz təşkil edir. Din xadimlərimizin gözlərini İranın ağzına dikməsi bizim dövlət maraqlarımıza da ziddir. Azərbaycan müstəqil dövlətdir. Müstəqil Azərbaycan vətəndaşlarının İran prezidentinin arxasında dayanıb namaz qılması qəbul olunası şey deyil. Doğrusu, tərəf-müqabilimin səsləndirdiyi bu fikrə ilk dəfədir, rast gəlirəm. Azərbaycanın müvafiq orqanları, xüsusilə Dini Komitə bu faktı araşdırmalı, əgər öz təsdiqini taparsa, QMİ-ni cəzalandırmalı, hətta bir qurum kimi ləğv etməlidir. Nədən ki, İran dini dövlətdir. Dini dövlətin həyata keçirdiyi hər hansı dini hadisə də əslində siyasi anlam daşıyır. Üstəlik, İran prezidentinin pişnamazlığında namaz qılmaq siyasi cəhətdən də ona biət etmək deməkdir. Yenə hansısa siyasi görəvi olmayan ayətullah pişnamaz olsaydı, dərd yarı idi. Heç bir dini rütbəsi olmayan siyasi xadimə uymaq və bütün ölkə vətəndaşlarına onu təqlid etdirmək ilk növbədə bizim öz prezidentimizin legitimliyini tanımaqdan imtina etmək deməkdir. QMİ idarəsi bu bağışlanmaz qəbahətə yol veribsə, mütləq ağır cəzasını almalıdır.

Bünyamin Qəmbərli - İzninizlə bir aydınlıq gətirim. Mən Əhmədinecatın pişnamaz olduğunu deyə bilmərəm, amma bayram namazını məhz  Əhmədinecata görə həmin gün qılmadılar.

 

Heydər Oğuz ”“ Bünyamin bəy, bu, elə Əhmədinecatın pişnamazlığını qəbul etmək deməkdir. Qayıdaq suala, hesab edirəm ki, Azərbaycanın öz milli dini konsepsiyası olmadığından bu xoşagəlməz hadisələr yaşanır. QMİ bu konsepsiyanı ortaya qoyacaq qabiliyyətdə olmadığını çoxdan sübut edib. Nəticədə həm şiə, həm də sünni vətəndaşlarımız arasında hörmətini itirib. Azərbaycan möminləri bu qurumu nəzir-niyaz yığan idarə kimi tanıyır. Azərbaycanda bunu dilənçilər QMİ-dən pis bacarmırlar. QMİ özünün hüquqi şəxsiyyət olaraq kim olduğuna qərar verməlidir. Anlamalıdır ki, məhz bu səbəbdən cəmiyyətimiz onun verdiyi fitvalara əməl etmir və ya etmək istəmir. Çox zaman dini lider postunda oturanların fikirləri gülüş mövzusuna çevrilir. Elə bu səbəbdən də xarici ölkələrin emissarları Azərbaycanda kök sala, özlərinə tərəfdar toplaya bilirlər. Bu isə nəticə etibarilə ölkəmizi məzhəb savaşlarına sürükləyir. Azərbaycan hökuməti dini islahatları QMİ-də kardinal dəyişikliklərdən başlamalıdır. Öz dövlət maraqlarımızı düşünən kadrlar seçilib iş başına gətirilməli, Azərbaycanın spesifik dini dünyagörüşü hazırlanmalıdır. Düzdür, bu islahatlar islami vəhdətə ziddir. Amma qonşu və ətraf ölkələrin dini öz siyasətlərinin alətinə çevirdiyi indiki anda başqa alternativ də yoxdur.

 

-Cəmiyyətimizdə qəribə bir tendensiyanın yarandığı müşühidə olunur. Dünənə qədər rüşvətxor, əxlaqsız kimi tanıdığımız bir çox şəxslər indi qarşımıza hacı, kərbəlayi, məşhədi cildində çıxa bilirlər. Dini statuslar bəzən günahların, cinayətlərin üstünü örtən pərdəyə çevrilir...

 

Bünyamin Qəmbərli - Bizim müqəddəs kitabımıza və dini görüşümüzə görə Uca Yaradanın tövbə-peşmanlıq qapısı hər zaman açıq olduğu kimi bağışlaması da boldur. Tutduğu əməldən peşiman olan hər müsəlman və insan Tanrının mərhəmətinə sığına bilər. Burda bir qadağa və ya çərçivələmə yoxdur. Amma bu da bir həqiqətdir ki, sizin dediyiniz kimi, bir çox insan var ki, dindən öz murdar niyətlərini həyata keçirmək üçün istifadə edir. Müqəddəs kitabımızda bu insanlar hal və hərəkətlərinə görə münafiq və fasiq adlandırılır. Bu adamların əlamətləri, hal və hərəkətləri ilə bağlı ayələr olmasına baxmayaraq, ayrıca “Münafiqun”x9d surəsi də nazil olmuşdur.

Heydər Oğuz - İslamı digər dinlərdən fərqləndirən əsas xüsusiyyət bizim inanış sistemimizdə “Allah adamı”x9d, “din xadimi”x9d anlayışının olmamasıdır. Bizdə nə xristianlar kimi Allahın adından hərəkət edən, günahları bağışlayan keşiş, “müqəddəs ata”x9d statusu var, nə də yəhudilərdəki kimi möminlərin dini iradəsi sayılan hahamlar mövcuddur. Müsəlman öz hərəkətlərini özü tənzimləməli və Allah tərəfindən mükafatlandırılmalı, ya da cəzalandırılmalııdır. Dolayısıyla “Allah adamı”x9d kimi dini statuslar islamın ruhuna ziddir. Dinimizin ruhuna zidd olan bu anlayışlar sonradan ortaya çıxarılıb və dinimizin ruhuna zidd insanlar tərəfindən də istismar olunur. Bünyamin bəyin bir kəndlisi var. Adam adının arxasına bir “hacı”x9d ünvanı yapışdırıb, hər səhər konyak içməyindən danışır. Son zamanlar ortaya çıxan bir çox faktlar onun Azərbaycan xalqının varidatını talan etməsində rol oynadığını sübut etdi. Buna görə, istintaqa cəlb olundu. Nə yazıq ki, islam bu cür adamların dininə çevrilib, əsl simalarını gizlətməyə yarayır. Dini əslində bu cür dindarlardan qorumaq, təmizləmək lazımdır. Hesab edirəm ki, bunun  yolu da o cür statusların ləğvindən keçir. Bunu da cəmiyyət etməlidir. Həccə gedənə hacı, Kərbəlaya gedənə Kərbəlayi deməməklə”¦

 

-Yaxın coğrafiyamızda məzhəb müharibələri gedir. Bu hadisələrin Azərbaycana təsir imkanları nə qədərdir?

 

Bünyamin Qəmbərli - Azərbaycanda son vaxtlar dəbdə olan bir ifadə var-Beşinci kalon”x9d ifadəsi. Mən deyim ki, Azərbaycandakı dini anlamda “beşinci kalon”x9d Rusiyaya və ya prezidentin dediyi kimi, Avropaya bağlı beşinci kalonlar”x9ddan daha güclü və daha təhlükəlidir. Bu gün hakimiyyətin sərtliyi, hər şeyə tam nəzarət etməsi hesabına, eyni zamanda “beşinci kalonu”x9d formalaşdıran dövlət və böyük güclərin bu qüvvələrin fəallığına, hələ ki, ehtiyac duymamaları səbəbindən dindəki beşinci kalonu”x9d çox da umursamırıq. Amma inanın ki, onlar tapşırıq alsalar biz çox ciddi çətinliklər və sıxıntılarla üzləşəcəyik. Buna görə də düşünürəm ki, QMİ də, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi də, dövlətimizin ilgili qurumları da bu məsələyə ciddi yanaşmalı, ölkəmizə din, məhzəb və bunların daşıyıcılarının ixrac edilməsi ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər.

Heydər Oğuz - Düşünürəm ki, bu suala dolayısıyla cavab verdim. Azərbaycan öz dini konsepsiyasını hazırlayıb ortaya qoymadıqca özünü xarici təhlükələrdən qoruya bilməyəcək. Bir çoxları Azərbaycan xalqının dini tolerantlığına çox arxayındırlar. Zənn edirlər ki, kifayət qədər müasir dünyagörüşlü olan, Qərb mədəniyyətinə meylli Azərbaycanda məzhəb savaşları yaşana bilməz. Amma unutmayaq ki, bu gün Yaxın Şərqdə azərbaycanlılar da vuruşur və onların sayı əhali sayına nisbətdə götürəndə digər müsəlman ölkələrdən daha  çoxdur. Bu fakt nikbin olmağa əsas vermir.

Seymur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

End of content

No more pages to load

RADİO