ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Lavrov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə Dağlıq Qarabağla bağlı nikbin açıqlamalar verib.
"Belə güman etməyə əsas var ki, bizim səylərimizin intesivləşdirilməsinin vaxtı çatıb", - deyə Lavrov bildirib.
E.Məmmədyarov görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibətilə rusiyalı həmkarını təbrik edib.
Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayıb. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan E.Məmmədyarov Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib.
Lavrov və Məmmədyarov
S.Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtı çatdığını vurğulayıb.