Azərbaycanlı iş adamı Araz Ağalarova və oğlu Emin Ağalarova məxsus “Crocus Group”x9d şirkəti Moskvada daşınmaz əmlak biznesini genişləndirir.
Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, şirkət sərəncamında olan torpaq sahələrinin və resursların mənimsənilməsi vəzifəsini həyata keçirir.
Bu məqsədlə developer şirkəti Moskvada “Vegas-2”x9d və “Vegas-3”x9d ticarət-əyləncə mərkəzlərinin tikintisinə 600 milyon dollar yatıracaq. Bu haqda şirkətin birinci vitse-prezidenti Emin Ağalarov bildirib.
“Kuntsevoda “Vegas-3”x9d ticarət mərkəzinin tikintisinə biz 500 milyon dollar yatıracağıq, kompleks 2017-ci ildə açılacaq”x9d- deyə Emin Ağalarov bildirib.
Hazırda şirkətlər qrupunun Moskvanın Kaşirsk şossesində “Vegas-1”x9d və “Vegas-2”x9d (“Crocus Sity”x9ddə yerləşir) iki obyekti açılıb. Onların ümumi sahəsi 700 min kvadratmetrə yaxındır.
“Vegas-2 Mayakinino”x9d ticarət-əyləncə mərkəzinin genişləndirilməsinə isə şirkət 40 milyon yatıracaq. Daha 50 milyon dollar isə “Crocus City”x9dnin yaxınlığında 12 min kvadratmetrlik okeanariumun tikintisinə sərf olunacaq. Orada Rusiya üçün xarakterik olan müxtəlif iqlim zonalarından gətirilmiş balıqlar olacaq.
“Rossiya 24”x9d kanalına müsahibə verən Araz Ağalarov isə deyib ki, hazırda onlar 13 çoxmərtəbəli binadan ibarət yaşayış-biznes mərkəzinin tikintisi layihəsi üzərində işləyirlər.
A.Ağalarov deyib ki, hələlik onun şirkəti Rusiyanın ucqarlarına investisiya yatırmağı fikirləşmir.
“Uzaq Şərq kimi regionlara çıxmaq üçün bizim gücümüz sadəcə olaraq yoxdur. Çünki Moskvadakı layihələrimizin həcmi böyükdür”x9d- deyə iş adamı bildirib.