ARTPİ-də Milli təhsil standartlarının hazırlanmasına başlanıb

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Ümumi təhsilin milli standartlarının yaradılması: tarixilik və müasirlik müstəvisində”x9d mövzusunda tədbir keçirilmişdir. ARTPİ-nin direktoru Qulu Novruzov öncə tədbir iştirakçılarını salamladı. Sonra bugünkü tədbirin əsas məqsədinin Azərbaycan Respublikasında aparılan təhsil islahatlarından irəli gələn mühüm bir məsələnin həlli ilə bağlı olduğunu bildirdi. Çıxışında ölkəmizdə 1999-cu ildən başlamış təhsil islahatlarının 2013-cü ilə qədərki mərhələsinin artıq başa çatdığını dedi. Artıq “Azərbaycan 2020: gələcəyə baxış”x9d İnkişaf Konsepsiyasına uyğun olaraq “Azərbaycan Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”x9d qəbul olunduğunu vurğuladı. Bu strategiyanın həyata keçirilməsi məqsədilə “Fəaliyyət Planı”x9dnın təsdiq olunmasını tədbir iştirakçılarına xatırlatdı ( 19 yanvar 2015-ci il tarixdə). Q. Novruzov çıxışında qeyd etdi ki, artıq həmin “Fəaliyyat Planı”x9dnın yerinə yetirilməsi istiqamətində tədbirlər görülür. Bu tədbirlər Təhsil Nazirliyinin hazırladığı və təsdiq etdiyi “Tədbirlər Planı”x9d əsasında həyata keçirilir. Həmin sənəddə 2015-ci ildə görüləcək işlər icra vaxtı nəzərə alınmaqla göstərilmişdir. Sənəddə 70-ə qədər tədbir vardır ki, onlardan 31-nin məhz icraçısı kimi ARTPİ-nin iştrak etdiyini bidirdi. “Bu il üçün planlaşdırılmış tədbirlərin içərisində təhsilin məzmunu ilə bağlı olanlar prioritet təşkil edir. Məktəbəqədər təhsilin, ümumi təhsilin, ilk peşə ixtisas təhsilinin məzmun standartlarının hazırlanması bu qəbildəndir. “Fəaliyyət Planı”x9d üzrə “ 12 illik ümumi təhsilin milli məzmunu və qiymətləndirmə standartlarının hazırlanması və ekspertizası”x9dnın aparılması aprel-noyabr ayları üçün nəzərdə tutulur. Bu işin yerinə yetirilməsi üçün 9 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. Eyni zamanda hər bir fənn üzrə məzmun standartlarını hazırlayacaq işçi qrupları da yaradılmışdır. Bugünkü tədbirdə iştirakımızın əsas məqsədi də ondan ibarətdir ki, bu gün görəcəyimiz işlərin başlanğıc mərhələsində vəzifələrimizi müəyyənləşdirək, konkret nəzərdə tutulmuş vaxt çərçivəsində (aprel-noyabr arasında) tədbirlərimizin hər biri üçün qüvvələrimizi səfərbər edək”x9d- deyə institutun direktoru çıxışına davam elədi. O, Ümumi təhsil pilləsi üzrə milli məzmun standartlarını hazırlayacaq işçi qrupu üzvləri ilə yanaşı, fənlər üzrə işçi qrupunun nümayəndələrinə ümumi təhsilin milli məzmun standartlarının hazırlanması məqsədilə dəyərli rəy və təkliflərini də bildirdi. Sadaladığı tövsiyyərlərdən və işçi qrupları tərəfindən veriləcək rəylərdən istifadə edəcəkləri halda uğurlu nəticələri əldə edəcəklərinə əmin olduğunu vurğuladı.

Tədbir ARTPİ-nin direktor müavini Ənvər Abbasovun təqdimatı ilə davam elədi. Ə. Abbasov “Təhsil standartlarının yaradılması”x9d, “Standart və kurikulum anlayışları”x9d, “Dövlət təhsil standartlarına verilən tələblər”x9d, “Təhsil sahəsində dövlət standartları”x9d, “Kurikulum anlayışı”x9d, “Dövlət Strategiyasında vəzifələr”x9d, “Dövlət Strategiyasında hədəflər”x9d, “Səriştəyə əsaslanan şəxsiyyətyönlü yeni məzmunun yaradılması”x9d, “Dövlət Strategiyasında «standart» və «kurikulum» anlayışlarına yeni münasibət”x9d və s məsələlər barədə geniş məlumat verdi. İnstitutun şöbə müdiri Bibixanım İbadova isə Azərbaycan Respublikasında 12 illik Ümumi təhsilin Milli təhsil standartlarının hazırlanmasına dair işçi qrupu ilə keçiriləcək təlim kursunun PROQRAMI ilə iştirakçıları tanış etdi.

Tədbirdə çıxışlar, rəy və təkliflər ətrafında müzakirələr aparıldı. Q. Novruzov işçi qruplarına öz fəaliyyət istiqamətlərini daha konkret müəyyənləşdirmələrinə və addım-addım gözlənilən nəticələrə doğru irəliləyəcəklərini arzulayaraq bu işdə onlara uğur dilədi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

Mehriban Əliyevadan süni intellektlə bağlı ÇAĞIRIŞ

Mehriban Əliyevadan süni intellektlə bağlı ÇAĞIRIŞ

Kamran Əsədovun məhkəməsi TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsi TƏXİRƏ SALINDI

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının İLK İCLASI KEÇİRİLDİ - FOTO

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının İLK İCLASI KEÇİRİLDİ - FOTO

Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

Aqrar Universitetdə nöqsanlar aşkarlandı - FOTO

Aqrar Universitetdə nöqsanlar aşkarlandı - FOTO

Kanadada turistlərin olduğu qayıq batıb – Ölənlər var - VİDEO

Kanadada turistlərin olduğu qayıq batıb – Ölənlər var - VİDEO

"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi - FOTO

"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi - FOTO

Şəkidə parkdan keçən kişini it dişlədi

Şəkidə parkdan keçən kişini it dişlədi

Ursula fon der Lyayenin Ermənistana səfər TARİXİ açıqlandı

Ursula fon der Lyayenin Ermənistana səfər TARİXİ açıqlandı

Bu ixtisaslarda oxuyanlar iş tapa bilmirlər - Ən prestijli və prestijsiz sahələr

Bu ixtisaslarda oxuyanlar iş tapa bilmirlər - Ən prestijli və prestijsiz sahələr

Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Marketdən oğurluq edərkən kameraya düşdü, saxlanıldı – VİDEO

Marketdən oğurluq edərkən kameraya düşdü, saxlanıldı – VİDEO

Masazır və Saray sakinlərinin NƏZƏRİNƏ

Masazır və Saray sakinlərinin NƏZƏRİNƏ

Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi - QƏRAR

Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi - QƏRAR

Bürclərin gizli FOBİYALARI – Ən çox nədən qorxurlar?

Bürclərin gizli FOBİYALARI – Ən çox nədən qorxurlar?

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

İsa Həbibbəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

İsa Həbibbəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

End of content

No more pages to load

RADİO